Tərsinə mentorluq

Tərsinə mentorluq anlayışının meydana çıxması General Electric şirkətinin keçmiş baş icraçı direktoru Cek Uelçin adı ilə bağlıdır. 1990-cı illərin sonlarında texnoloji bacarıqlarının zəif olduğunu və şirkətə yeni qoşulan gənc əməkdaşların bu sahədə rəhbərlərdən daha bilikli olduğunu anlayan Cek Uelç pilot layihə olaraq 500 rəhbər vəzifəli şəxsə 500 gənc mentor təyin etdi. Adətən mentorlar daha yüksək […]

ADDIE modeli

Müasir dövrdə təşkilatlarda təlimlərdən karyera inkişafı və istedadların idarə edilməsində geniş istifadə olunur. Təlimlərin planlaşdırılması və təşkili prosesini ifadə edən ADDIE modeli 5 mərhələni əhatə edir və bu mərhələlərin ingilis dilindəki adlarının ilk hərflərindən ibarət abreviaturadır: analysis (təhlil), design (dizayn), development (inkişaf), implementation (tətbiq), evaluation (qiymətləndirmə). Hər bir mərhələnin uğuru əvvəlki mərhələyə sərf olunan zaman, […]

Vestibül təlimi

Vestibül təlimi texniki heyətə, xüsusilə avadanlıq və dəzgahlarla işləyən əməkdaşlara keçirilən təlim metodlarından biridir. Bu təlim işüstü təlim növlərindən fərqli olaraq əsas iş yerində deyil, onun simulyasiya edilmiş modelində təşkil edilir. Bu zaman texniki heyət real iş mühitində istifadə edəcəyi avadanlıq və dəzgahlarla işləməyi öyrənir. Vestibül təlimi əsasən yeni texnologiyaların tətbiqi zamanı istifadə olunur ki, […]

İşə qəbul metodları

İşə qəbul prosesində əsas məqsəd təşkilati məqsədlərin həyata keçirilməsinə uyğun olan ixtisaslı şəxsləri vakant vəzifələrə cəlb etməkdir. Necə bir namizədə ehtiyac duyulduğu müəyyənləşdikdən sonra növbəti mərhələ namizədlərin hansı mənbədən cəlb ediləcəyini müəyyənləşdirməkdir. Namizədlər həm təşkilatın daxilindən seçilə, həm də kənardan cəlb edilə bilərlər. Bir çox təşkilatlar bu metodların hər ikisindən istifadə edirlər. Daxili mənbələr hesabına […]

Kobra effekti

“Kobra effekti” termini elmə almaq iqtisadçı Horst Siebert tərəfindən gətirilib və təklif edilən həll yolunun problemi daha da böyütməsini ifadə edir. Hindistan Britaniya tərəfindən idarə edildiyi dövrdə zəhərli ilanların sayını azaltmaq üçün ölü kobra gətirən vətəndaşlara mükafat verilirdi. İlk dövrlərdə bu həll üsulu effektiv olsa da, bir müddət sonra əks təsir göstərdi. Belə ki, vətəndaşlar […]

Ringelmann effekti

1913-cü ildə fransız kənd təsərrüfatı mühəndisi Max Ringelmann insanlar üzərində maraqlı müşahidə apardı. O, insanlardan əvvəlcə tək-tək, sonra isə birlikdə kəndiri dartmağı xahiş etdi. Bu zaman o müşahidə etdi ki, insanlar qrup şəklində kəndiri dartarkən daha az səy göstərirlər. Beləliklə, Ringelmann effekti komanda böyüdükcə fərdi məhsuldarlığın zəifləməsini ifadə edir. Bu, bir çox şirkətlərdə rast gəlinən […]

Bumeranq işə qəbul

Bumeranq işçi əmək münasibətlərinə xitam verildikdən bir müddət sonra yenidən işə qəbul edilən işçidir. “Linkedin”in statistikasına görə, bumeranq işçilərin sayı artmaqdadır. Belə ki, 2019-cu ildə bumeranq işçilər işə qəbul edilənlərin 3,9%-ni təşkil etdiyi halda, 2021-ci ildə bu göstərici 4,5% olmuşdur. Ən yaxşı bumeranq işçilər yaxşı münasibətləri qoruyub saxlamaqla şirkəti tərk edənlərdir. Bəziləri ailə vəziyyəti ilə […]

Performansın qiymətləndirilməsi metodu – məcburi paylanma

Performansın qiymətləndirilməsində istifadə olunan məcburi paylanma metodu geniş yayılmış və ən çox müzakirə olunan metodlardan biridir. Bu metod vasitəsilə işçinin fəaliyyəti əvvəlcədən müəyyən olunmuş parametrlər üzrə qiymətləndirilir və işçilər 3 və ya daha artıq kateqoriya üzrə qruplaşdırılırlar. Əksər hallarda əla, yaxşı, zəif kateqoriyalar müəyyənləşdirilir, bəzən kateqoriyaların sayı 5-ə qədər ola bilər. Bu metod 1980-ci illərdə […]

Səhvən göndərdiyiniz “email”i geri almanın yolu

Klaviaturadakı K və L, X və C, həmçinin R və T hərflərinin yanaşı işlənməsi bəzən istənilməyən mesajların yazılmasına səbəb olur. Mesajı göndərəndən sonra görürsən ki, müraciət olaraq qarşı tərəfə “xanım” əvəzinə, “canım” yazmısan. Adam xəcalət çəkir ki, görəsən, indi qarşı tərəf haqqımda nə düşünür? “Mesajı oxumamış tez silim”, – deyib necə əl-ayağa düşürsənsə, telefon üç […]

Be My Eyes

Sosial rifahın ən mühüm şərti empatiya qura bilməkdir. Bir anlıq təsəvvür edək ki, biz də görmə məhdudiyyətli şəxsik. Bir gün axşam yeməyi hazırlamaq üçün soyuducudan tomat konservi götürmək istəyirik. Orada 2 konserv var və biz bilirik ki, onlardan yalnız biri tomat konservidir. Bəs hansı? Görmə məhdudiyyətli şəxs gündəlik həyatında bunun kimi bir çox problemlərlə rastlaşır, […]