Karyera diaqnostikası

INNAB Karyera Mərkəzi yeni xidmət olaraq, “Karyera Diaqnostikası”-nı təqdim edir. Karyera Diaqnostikası xarici və yerli ekspertlər sayəsində təyin olunmuş proseslər nəzərə alınmaqla təşkil olunur. Qeyd edilən xidmət çərçivəsində:

Xidmətdən faydalanmaq üçün aşağıdakı formu doldurmağınız kifayətdir. Komanda yoldaşlarımız dərhal sizinlə əlaqə saxlayacaqdır.

INNAB Karyera Mərkəzinin təşəbbüsü ilə yaradılan “İşSizlikdir” layihəsi ölkənin işsiz gənclərinin potensiallarını üzə çıxarmaq və karyera qurmaq istədikləri sahənin tələblərinə uyğun yetişdirib əmək bazarına təqdim etməkdən ibarətdir.

Layihə çərçivəsində qeydiyyatdan keçən şəxslər ilkin olaraq test mərhələsi üzrə (məntiq, informatika və ingilis dili) imtahanda iştirak edir və imtahandan uğurla keçən namizədlər üçün müsahibə mərhələsi təşkil edilir. Hər iki mərhələdən uğurla keçən namizədlər karyera qurmaq istədikləri sahə istiqamətində İNNAB Business School-un təşkil etdiyi təlimdə (və ya təlimlərdə) ödənişsiz şəkildə iştirak edir və işə düzəldikdən sonra 6 ay boyunca hissəli şəkildə təlimin ödənişini İNNABa geri qaytarır.

Layihənin məqsədi ölkənin potensiallı gənclərini müasir əmək bazarının standartlarına uyğun şəkildə yetişdirməkdən və onların peşəkar inkişafına dəyər qatmaqdan ibarətdir.

Qeyd: Layihədə iştirak edəcək şəxslər üçün maksimum yaş həddi 30-dur. Xidmətdən faydalanmaq üçün aşağıdakı formu doldurmağınız kifayətdir. Komanda yoldaşlarımız sizinlə əlaqə saxlayacaqdır.

INNAB Business School-un Dövlət Məşğulluq Agentliyi (DMA) ilə əməkdaşlığı çərçivəsində, DMA tərəfindən INNAB Business School-a göndərilən işsiz şəxslərə bir neçə istiqamət (Mühasibatlıq, İnsan Resursları, Data Analitika) üzrə peşə hazırlığı keçirilir. Hər bir peşənin tələb etdiyi səriştələrin inkişafı ilə əlaqədar keçirilən təlimdə uğurlu nəticə göstərən iştirakçıların işlə təminatı ilə bağlı “İnnab Karyera Mərkəzi”nin əməkdaşları tərəfindəm müvafiq işlər yerinə yetirilir. 

Layihəyə müraciət etmək üçün 050 290 61 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

INNAB Business School gənclərin peşəkar inkişafında dəyər yaratmaqla kifayətlənməmiş və məzunlarımızın uğurlu karyerasına öz töhfəsini verməkdə davam edir. INNAB Karyera Mərkəzi “Məzun layihəsi” çərçivəsində INNAB Business School-un təlimlərində iştirak edərək, fərqlənmə sertifikatı ilə bitirən məzunlarımızın işlə təmin olunmasında öz köməyini əsirgəmir. “İnnab Karyera Mərkəzi”nin əməkdaşlıq etdiyi dövlət və özəl qurumlarda olan vakansiyalara yuxarıda qeyd edilən kriteriyalara uyğun məzunların cvləri yönləndirilir. Məhz bunun sayəsindədir ki, bu günədək 200-dən çox tələbəmizin işlə təmin edilməsində bizimdə payımız olmuşdur.

INNAB Business School təlim almadan biliklərinizi sertifikatlaşdırmaq üçün sizə şərait yaradır. Sertifikat almaq istədiyiniz təlim üzrə müraciət edərək, nəzəri və praktiki suallar üzrə imtahanda iştirak edirsiniz. İmtahanda göstərdiyiniz nəticəyə uyğun sertifikat əldə edə bilərsiniz:

Qeyd: İmtahanda iştirak ödənişlidir və nəticəsi 33 baldan aşağı olan şəxslərə sertifikat təqdim edilmir. Sertifikatın müddəti 2 ildir.

"Alo, Excel" mobil tətbiqimiz

Ölkədə ilk dəfə Excel öyrənmək istəyənlər və Excel istifadəçiləri üçün yaradılmış mobil tətbiqdir. Mobil tətbiqdə Excelə aid Financial, Logical, Text, Date & Time, Lookup & References, Math & Trig, Statistical funksiyaları və Exceldə mövcud olan xəta tipləri yer almışdır.

“İnnab Management & Consulting” Azərbaycanda ciddi bir biznesə sahib olan, onun inkişaf perspektivini görən və onu inkişaf etdirmək istəyən sahibkarlara istəklərini mövcud bazar və iqtisadi mühit daxilində maksimum səviyyədə reallaşdırmaq üçün əməkdaşlıq təklifi edir. Böhran sabitləşməsi, maraqlı tərəflərin idarə olunması, strateji fokusun gücləndirilməsi, kritik proseslərin təkmilləşdirilməsi, maliyyə restrukturizasiyası və s. sahələrdə zəngin təcrübəyə malik, güclü komandamız var. Əsas məqsədimiz müəssisə və təşkilatlara müxtəlif kombinassiyalarda əməkdaşlıq platformasını təklif etməklə dəyər yaratmağın çoxtərəfli və intensiv imkanlarını təmin etməkdir. Əməkdaşlıq strategiyamız qazan-qazan və üstün dəyər yaratmaq maraqlarını ön plana almaq prinsipinə əsaslanır.

Eyni zamanda komanda üzvlərimiz tərəfində “HR Maksimum” bootcampında müasir əmək bazarının standartlarına uyğun olaraq, əhatəli, çoxtərəfli və praktiki yöndə təlim təşkil edilir. Təlimlərimizi yüksək nəticə ilə bitirən şəxslərə 6 ay müddətində ödənişsiz mentorluq xidməti göstərilir.

“INNAB Management & Consulting” olaraq, qlobal təcrübələri və çoxtərəfli həlləri sizə öyrətməklə biznes məqsədlərinizə çatmaqda yardımçı olacağıq.

 

INNAB Business School olaraq Sizə 1C proqramının yüklənməsi xidmətini təklif edirik. Belə ki, əməkdaşlarımız tərəfindən “Mühasibat uçotu və 1C” təlimində iştirak etmədən 1C proqramını ödənişli şəkildə təmin edə bilərsiniz. İştirakçılara sözügedən proqramın son versiyası olan 8.3 versiyası təqdim olunur.

Ödəniş: 39 AZN

Qeyd: Mühasibat uçotu və 1C təlimində iştirak edən şəxslər üçün proqramın təmin olunması ödənişsizdir.

sualın var?

formu doldur

sizə zəng edək.