Sertifikatlaşdırma

INNAB Business School təlim almadan biliklərinizi sertifikatlaşdırmaq üçün sizə şərait yaradır. Sertifikat almaq istədiyiniz təlim üzrə müraciət edərək, nəzəri və praktiki suallar üzrə imtahanda iştirak edirsiniz. İmtahanda göstərdiyiniz nəticəyə uyğun sertifikat əldə edə bilərsiniz:

Qeyd: İmtahanda iştirak ödənişlidir və nəticəsi 33 baldan aşağı olan şəxslərə sertifikat təqdim edilmir. Sertifikatın müddəti 2 ildir.

"Alo, Excel" mobil tətbiqimiz

Ölkədə ilk dəfə Excel öyrənmək istəyənlər və Excel istifadəçiləri üçün yaradılmış mobil tətbiqdir. Mobil tətbiqdə Excelə aid Financial, Logical, Text, Date & Time, Lookup & References, Math & Trig, Statistical funksiyaları və Exceldə mövcud olan xəta tipləri yer almışdır.

“İnnab Management & Consulting” Azərbaycanda ciddi bir biznesə sahib olan, onun inkişaf perspektivini görən və onu inkişaf etdirmək istəyən sahibkarlara istəklərini mövcud bazar və iqtisadi mühit daxilində maksimum səviyyədə reallaşdırmaq üçün əməkdaşlıq təklifi edir. Böhran sabitləşməsi, maraqlı tərəflərin idarə olunması, strateji fokusun gücləndirilməsi, kritik proseslərin təkmilləşdirilməsi, maliyyə restrukturizasiyası və s. sahələrdə zəngin təcrübəyə malik, güclü komandamız var. Əsas məqsədimiz müəssisə və təşkilatlara müxtəlif kombinassiyalarda əməkdaşlıq platformasını təklif etməklə dəyər yaratmağın çoxtərəfli və intensiv imkanlarını təmin etməkdir. Əməkdaşlıq strategiyamız qazan-qazan və üstün dəyər yaratmaq maraqlarını ön plana almaq prinsipinə əsaslanır.

Eyni zamanda komanda üzvlərimiz tərəfində “HR Maksimum” bootcampında müasir əmək bazarının standartlarına uyğun olaraq, əhatəli, çoxtərəfli və praktiki yöndə təlim təşkil edilir. Təlimlərimizi yüksək nəticə ilə bitirən şəxslərə 6 ay müddətində ödənişsiz mentorluq xidməti göstərilir.

“INNAB Management & Consulting” olaraq, qlobal təcrübələri və çoxtərəfli həlləri sizə öyrətməklə biznes məqsədlərinizə çatmaqda yardımçı olacağıq.

 

INNAB Business School olaraq Sizə 1C proqramının yüklənməsi xidmətini təklif edirik. Belə ki, əməkdaşlarımız tərəfindən “Mühasibat uçotu və 1C” təlimində iştirak etmədən 1C proqramını ödənişli şəkildə təmin edə bilərsiniz. İştirakçılara sözügedən proqramın son versiyası olan 8.3 versiyası təqdim olunur.

Ödəniş: 39 AZN

Qeyd: Mühasibat uçotu və 1C təlimində iştirak edən şəxslər üçün proqramın təmin olunması ödənişsizdir.

Müraciət üçün

formu doldurun

sizə zəng edək.