Məlumatların təhlili iş dünyasında getdikcə daha çox əhəmiyyət kəsb edir. Buna görə də, biznesinizin fəaliyyətini düzgün qiymətləndirmək üçün məlumatlarınızı effektiv şəkildə təhlil etməlisiniz. Bu nöqtədə sizin üçün hazırladığımız “Biznes Statistikası Təlimi” ilə məlumatlarınızı təhlil etməyə və şərh etməyə kömək edəcəyik. Bundan əlavə, siz Excel və R proqramlaşdırma dillərindən istifadə edərək məlumatlarınızı təhlil etməyi və şərh etməyi öyrənəcəksiniz. Kursumuz bütün səviyyələr üçün uyğundur və heç bir ilkin bilik tələb etmir. Biznes məlumatlarınızdan daha səmərəli istifadə edərək uğurlu biznes idarəçiliyi üçün lazım olan alətləri öyrənmək istəyirsinizsə, Biznes Statistikası Kursu sizin üçündür!
“İnnab Business School” tərəfindən bu təlim statistika fənninə giriş olaraq dinləyicilərə müxtəlif sahələrdə proseslərin təhlilində zəruri olan təhlil formasının öyrənməsinə xidmət edir. Müasir şirkət rəhbərləri və menecerlər biznes proseslərinin effektiv inkişafı və məhsuldar qərarlar vermək üçün informasiya axınlarına nəzarət etməyə, bu informasiyaları məqsədyönümlü şəkildə təhlil etməyə məcburdurlar. Məlumatlar əsasında doğru qərarlar qəbul etmək biznesi idarə edənlər üçün çox vacibdir. Təlim statistik təhlillərin biznes dünyasında tətbiqini istifadə etməklə iştirakçıların daha da doğru düşünüb hərəkət etmələrinə imkan verir. Bu təlimdə siz biznes işində uğurlu olmaq üçün lazım olan bilikləri nəzəri və praktiki olaraq öyrənəcəksiniz.
Kursun materialları: İştirakçılar təlimçilərimiz tərəfindən hazırlanmış Azərbaycan dilli materiallar (konspektlər, slaydlar və testlər toplusu) ilə təmin ediləcəklər (əlavə olaraq xarici ədəbiyyatlar da təqdim ediləcək).
Tədris Forması |
---|
Saat 19:00-21:00 aralığında (oflayn) |
Qeyd: Saytda hərf səhvləri axtarış zamanı öndə çıxmaq üçün bilərəkdən edilmişdir.
Kursun materiallarını daha yaxşı mənimsəmək üçün dinləyicilərin sadə riyaziyyat və ehtimal nəzəriyyəsi üzrə biliklərinə malik olması zəruridir.
Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.
Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.
"İnnab Karyera Mərkəzi"nin dəstəyi ilə 90% üzəri performans göstərən iştirakçıların işlə təmin olunması üçün köməklik edilir.
Müraciət üçün
formu doldurun
sizə zəng edək.
© 2024. Bütün hüquqlar qorunur