Əmək məcəlləsi və kadr kargüzarlığı təliminə qoşulmaqla əmək məcəlləsi, kargüzarlıq, müqavilələrin elektron informasiya sistemlərində qeydiyyatı qaydalarını örənəcək, çalışdığınız qurumu cərimələrdən, özünüzü isə ixstisardan qoruyacaqsınız. Əmək qanunvericiliyini daha dərindən öyrənmək və karyeranızda daha öndə olmaq üçün bizim təlimlərimizə qoşula bilərsiniz.
Elə bir qurum təsəvvür etmək çətindir ki, onun əməkdaşı olmasın. Ölçüsündən, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir şirkət fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyini rəhbər tutaraq işçi münasibətlərini tənzimləyir. Şirkətlərdə bu işi adətən İnsan Resursları mütəxəssisləri icra edirlər.
Təlimin məqsədi əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçılara yardımçı olmaqdır. Təlim gedişatı ərzində iştirakçılara əmək qanunvericiliyinin əhatə ertdiyi əmək münasibətləri; əmək müqaviləsi: şərtlər, ilkin sənədlər,sınaq müddəti və əvəzçilik qaydaları haqqında biliklər; kadr kargüzarlığı və vətəndaşların müraciətlərinə dair tələblər haqqında; elektron informasiya sistemində rəsmiləşdirmə işləri barədə məlumatlar; karantin rejimində əmək münasibətlərinin tənzimlənməsi barədə məlumatlar; hərbi vəziyyətlə və ya müharibəyə cəlb olunan işçilərin əmək haqlarının tənzimlənməsi qaydaları; əmək müqaviləsinə xitam verilməsinin əsas və qaydaları, işdən çıxma müavinətləri, xəbərdarlıq müddəti; normativ hüquqi sənədlər , onlara əsaslanmış fəaliyyətlər və s. haqqında ətraflı məlumatlar veriləcək.
Kurs iştirakçıları əmək qanunvericiliyinin əhatə ertdiyi əmək münasibətləri barədə izahı detallı şəkildə mənimsəməklə, həm nəzəri həm də praktiki bilik əldə etməklə, fəaliyyətləri dövründə yarana bilən hüquq pozuntuları nəticəsində cərimələrdən və əmək mübahisələri risklərindən sığortalanmış olacaqlar. İdarəetmə qabiliyyətlərinin formalaşdırılmasında, problemləri müəyyən etmək, anlamaq və həll etmək bacarığına sahib olacaqlar. Normativ hüquqi sənədlər , onlara əsaslanmış fəaliyyətlər barədə biliklərə yiyələnəcək və peşəkar fəaliyyətlərini daha da təkmilləşdirəcəklər.
Təlimin məzmunu:
Kursun məzmunu və təlim nəticələri “INNAB” şirkəti ilə birgə hazırlanmış və ya razılaşdırılmışdır. Məzmun və təlim nəticələri hədəflənən səriştələrin əldə edilməsi üçün yetərli səviyyədədir.
Nə üçün “Əmək qanunvericiliyi və kadr inzibatçılığı təlimi”nə başlamalısınız?
İnsan resursları idarəedilməsi sahəsində çalışan mütəxəssislər əmək qanunvericiliyi sistemi və ona daxil olan normativ hüququ aktlar üzrə bilik əldə etməklə, fəaliyyətləri dövründə hüquq pozuntuları nəticəsində cərimələrdən və fərdi əmək mübahisələri risklərindən sığortalanmış olacaqlar və fəaliyyətlərini düzgün istiqamətləndirilmiş şəkildə idarə edəcəklər.
Təlimin planı: Bu linkdən tanış ola bilərsiniz
Təlimin dili: Azərbaycan
Təlimin müddəti: Dərslər 1.5 ay (24 saat) çərçivəsində həftədə 2 dəfə keçirilir.
İnsan Resursları mütəxəssisləri tərəfindən əmək müqavilələrinin bağlanılması, ilkin sənədlərin hazırlanması, işçilərlə əmək haqlarının tənzimlənməsi, əmək müqaviləsinə xitam verilməsi, işdən çıxma zamanı müavinətlərin verilməsi, xəbərdarlıq müddətinin təyin edilməsi və digər normativ hüquqi sənədlərin hazırlamması işləri yerinə yetirilir. “İnnab Business School” tərəfindən keçirilən “Əmək məcəlləsi və kadr kargüzarlığı” təliminə qoşulun, hər bir şirkətin ehtiyac duyduğu vəzifələrdən birinə sahib olun!
Qeyd: Özü ilə 2 dostunu təlimə gətirən şəxslər üçün 5% endirim nəzərdə tutulmuşdur.
Tədris forması |
---|
Saat 19:00-21:00 aralığında (oflayn) |
Qeyd: Saytda hərf səhvləri axtarış zamanı öndə çıxmaq üçün bilərəkdən edilmişdir.
Bu təlimdə iştirak etmək üçün heç bir önəmli tərcübəyə ehtiyac yoxdur.
Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.
Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.
"İnnab Karyera Mərkəzi"nin dəstəyi ilə 90% üzəri performans göstərən iştirakçıların işlə təmin olunması üçün köməklik edilir.
Müraciət üçün
formu doldurun
sizə zəng edək.
Əlaqə
Bizi izləyin
© 2023. Bütün hüquqlar qorunur