Vergi uçotu kursları

Vergi uçotu kurslarında iştirak edərək bilik və bacarıqlarınızı artırın. Praktiki Vergi uçotu təlimi 24 saatı əhatə edir. Kursda iştirak etməklə sizə əhatəli təlim planı ilə təmin ediləcəksiniz. Bu sahə üzrə mütəxəssis şəxslərdən əldə edəcəyiniz bilik və bacarıqlar sahəsində vergi uçotu işlərinizdə daha da uğurlu ola biləcəksiniz.  Kursun sonunda iştirakçılar sertifikat ilə təmin edilir. Onuda qeyd edək ki, 70% üzərində nəticə göstərən tələbələr istədikləri təqdirdə “INNAB Karyera Mərkəzinə” yönləndirilərək işlə təmin olunacaqlar. Elə isə nəyi gözləyirsiniz, yeni açılan qruplarımızda iştirak etmək üçün indi müraciət edin və inkişaf yolunuza bizimlə davam edin.

Praktiki vergi uçotu təlimi haqqında

Vergi uçotu haqqında biliklərinizi İnnab Business School-un təqdim etdiyi vergi uçotu təlimində iştirak etməklə vergi qanunvericiliyini praktiki nümunələr və BTP proqramında tətbiq etməklə artıracaqsınız. Hər bir müəssisənin dövlət qarşısındakı öhdəliklərindən biri də vergi öhdəliyidir. Bu öhdəliklərin hesablanması, ödənilməsi, şirkətin cərimələrdən qorunması işini isə Vergi mütəxəssisləri yerinə yetirirlər. Onlar adətən mənfəət (gəlir) vergisi, ödəmə mənbəyindən vergi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi kimi vergi növlətini hesablayır, vergi yoxlamalarında (kameral və səyyar) iştirak edir, vergi nəzarəti formaları (operativ və xronometraj) kimi işlərdə iştirak edirlər. Peşəkar komanda üzvlərimiz tərəfindən keçirilən təliminin hər bir dərs 2 saatdan ibarətdir. İlk 1saat nəzəri biliklərin aşılanması, digər saatı isə BTB proqramı ilə bu biliklərin praktiki tətbiqi nəzərdə tutulmuşdur. “İnnab Business School”un təşkil etdiyi “Vergi uçotu” təlimində iştirak edin, çalışdığınız müəssisədə vergi uçotu ilə bağlı işləri sərbəst şəkildə yerinə yetirin, şirkətinizi maliyyə sanksiyalarından, karyeranızı ixtisarlardan qoruyun.

Vergi kursları təhsil proqramı

Vergi kursları vergi hüququ, mühasibatlıq və ya maliyyə sahəsində karyera qurmaqda maraqlı olan tələbələr üçün faydalı ola bilər. Bununla belə, vergi kursları vasitəsilə əldə edilən bilik və bacarıqlar biznesin idarə edilməsi, hökumət siyasəti və şəxsi maliyyə planlaşdırması kimi müxtəlif digər sahələrdə də faydalı ola bilər.

Nəticə olaraq, vergi kursları vergitutma haqqında hərtərəfli anlayışı inkişaf etdirmək istəyən hər kəs üçün dəyərli təhsil proqramıdır. Vergi hüququ və ya mühasibatlıq sahəsində karyera qurmaqda maraqlısınızsa və ya sadəcə vergi anlayışları haqqında biliklərinizi təkmilləşdirmək istəsəniz, vergi kursları sizə uğur qazanmaq üçün lazım olan bacarıq və bilikləri verə bilər.

Tədris forması

Saat 19:00-21:00 aralığında (oflayn)

Qeyd: Saytda hərf səhvləri axtarış zamanı öndə çıxmaq üçün bilərəkdən edilmişdir.

Tez-tez verilən suallar

  • İlkin riyazi biliklər
  • İlkin kompüter bilikləri
  • Pre-intermediate səviyyəsində İngilis dili bacarığı
  • Tələbələr
  • Analitik hesabatlar hazırlayanlar
  • Data analitiklər
  • Data reporting mütəxəssisləri
  • BI mütəxəssisləri
  • Risk mütəxəssisləri
  • Maliyyəçilər
  • Satış analitikləri
  • Marketoloqlar
  • Biznes analitiklər
  • Məhsul menecerləri
  • Şəxsi biznesini idarə etmək istəyənlər
    Bu sahədə özünü inkişaf etdirmək istəyənlər
  • Fiziki şəxslərin gəlir vergisi
  • Hüquqi şəxslərin mənfəət vergisi
  • ƏDV (Əlavə Dəyər Vergisi)
  • Sadələşdirilmiş vergi
  • Əmlak və torpaq vergisi
  • Vergi yoxlamaları və vergi nəzarəti formaları

Vergi uçotu kursunun sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.

Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.

Vergi uçotu kursunun sonunda keçirilən imtahanda nəticəsi 70% üzərində olan tələbələr istədikləri təqdirdə İKM (INNAB Karyera Mərkəzinə) yönləndirilərək işlə təmin olunacaqlar.

Müraciət üçün

formu doldurun

sizə zəng edək.