Biz kimik?

İnnab” 02.06.2015-ci ildə Azərbaycanda peşəkar inkişaf platforması olaraq yaradılmışdır.

Hazırda “İnnab” brendi altında “İnnab Business School”, “İnnab Karyera Mərkəzi”, “İnstudy Xaricdə Təhsil” komandaları fəaliyyət göstərir.

“İnnab Business School” komandası “Mühasibat uçotu”, “Maliyyə”, “Data Analitika”, “İnsan Resursları”, “Satış&Marketinq” və “Menecment” və digər sahələr ilə bağlı ana dilimizdə video dərslərin hazırlanması, məqalələrin yazılması və təlimlərin təşkili ilə məşğuldur.

“İnnab Karyera Mərkəzi” komandası potensiallı işaxtaran şəxslərin kəşf edilərək təlimlərə cəlb edilməsi və işlə təmin olunmasına dəstək göstərilməsi, karyera diaqnostikası xidmətinin reallaşması və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın aparılmasını həyata keçirir.

“İnstudy” komandası xaricdə təhsil xidmətlərinin göstərilməsi ilə məşğuldur.

Şirkətimizin vizyonu hər zaman xidmətləri ilə fərqlilik yaradan lider təhsil və karyera şirkəti olmaqdır. Missiyamız isə hər kəsə fərqli, individual peşəkar inkişafa yönəlik keyfiyyətli xidmətlər təklif edən peşəkar inkişaf platforması olmaqdır.

Biz danışmırıq, iş görürük. Gördüyümüz iş isə ölkəyə səs salır.

Müştərilərimiz

Bank, Sığorta, FMCG, Neft, İT, Təhsil və digər sektorlardan 300-dən çox şirkət işçilərinin peşəkar inkişafında etibarlı tərəfdaş olaraq İnnabı seçmiş və bizim təlim proqramlarımız və xidmətlərimizdən faydalanmışdır.

sualın var?

formu doldur

sizə zəng edək.