“İnnab Business School” tərəfindən təşkil olunan bu kursda iştirak etməklə siz Excel biliklərinizin Microsoft tərəfindən də təsdiqlənməsinə nail ola biləcəksiniz. Peşəkar təlimçilərimizin təcrübələrindən faydalanaraq “MOSE Excel Expert Microsoft Certification Exam MO-201” imtahanına düşəcək mövzular barəsində A-dan Z-yə konsultasiya alacaq
MOSE kursu ilə Excel ilə bağlı ekspert olmağınızı təsdiqləyən eyni adlı sertifikatı əldə edə bilərsiniz. Əmək bazarında günü-gündən artan rəqabət şəraitində yüksək səriştələri ilə fərqlənən işçilərin karyera inkişafı da yüksək sürətlə baş verir. Sahib olduğunuz səriştələrin ilkin olaraq qarşı tərəfə təqdim edilməsi üçün həmin səriştələrin ciddi qurumlar tərəfindən təsdiqlənməsinə ehtiyac vardır. Hazırda Excel bilikləri yüksək olan və digər xüsusiyyətləri qaydasında olan şəxslərin uzunmüddətli dövrdə işsiz olması halına rast gəlinmir.
Excel biliklərinizi Microsoft tərəfindən təsdiqlədərək CV-nizin güclənməsi üçün zəmin yarada bilərsiniz. MOSE təlimi zamanı imtahanda düşəcək suallarla bağlı ipucları təlimçi tərəfindən sizə öyrədiləcək və istifadəçilər tərəfindən ən çox edilən səhvlərlə bağlı müzakirələr aparılacaqdır. Təlim zamanı praktiki məsələlərin həllində uğurlu nəticələr əldə etdiyiniz təqdirdə MO-201 imtahanından keçə bilməyiniz üçün bütün biliklərə sahib olacaqsınız. Excel üzrə ən çox satılan praktiki kitabın və Excellə bağlı ölkəmizdə bir çox ilklərə imza atan (“Alo Excel”, “Excelin Atası”, “55 dərsə Excel” və s.) “İnnab Business School” peşəkar təlimçiləri ilə bazarda bu sahədə də öz liderliyini qoruyub saxlaya bilib. “İnnab Business School”un təşkil etdiyi “MOSE (MO-201)” təliminə qoşulun və Excel ekspert olmanızı bir daha təsdiq edin!
QEYD: Özü ilə 2 dostunu təlimə gətirən şəxslər üçün 5% endirim nəzərdə tutulmuşdur.
Tədris forması |
---|
Saat 20:00-22:00 aralığında (onlayn) |
Qeyd: Saytda hərf səhvləri axtarış zamanı öndə çıxmaq üçün bilərəkdən edilmişdir.
MOSE kurslarının sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.
Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.
Müraciət üçün
formu doldurun
sizə zəng edək.
Əlaqə
Bizi izləyin
© 2023. Bütün hüquqlar qorunur