İşSizlikdir

INNAB Karyera Mərkəzinin təşəbbüsü ilə yaradılan “İşSizlikdir” layihəsi ölkənin işsiz gənclərinin potensiallarını üzə çıxarmaq və karyera qurmaq istədikləri sahənin tələblərinə uyğun yetişdirib əmək bazarına təqdim etməkdən ibarətdir.

Layihə çərçivəsində qeydiyyatdan keçən şəxslər ilkin olaraq test mərhələsi üzrə (məntiq, informatika və ingilis dili) imtahanda iştirak edir və imtahandan uğurla keçən namizədlər üçün müsahibə mərhələsi təşkil edilir. Hər iki mərhələdən uğurla keçən namizədlər karyera qurmaq istədikləri sahə istiqamətində İNNAB Business School-un təşkil etdiyi təlimdə (və ya təlimlərdə) ödənişsiz şəkildə iştirak edir və işə düzəldikdən sonra 6 ay boyunca hissəli şəkildə təlimin ödənişini İNNABa geri qaytarır.

Layihənin məqsədi ölkənin potensiallı gənclərini müasir əmək bazarının standartlarına uyğun şəkildə yetişdirməkdən və onların peşəkar inkişafına dəyər qatmaqdan ibarətdir.

Qeyd: Layihədə iştirak edəcək şəxslər üçün maksimum yaş həddi 30-dur. Xidmətdən faydalanmaq üçün aşağıdakı formu doldurmağınız kifayətdir. Komanda yoldaşlarımız sizinlə əlaqə saxlayacaqdır.

Telefon: +994 51 230 25 16, +994 51 230 25 17

Formu doldurmaq üçün (Fill out form) seçiminə klikləyin..

Müraciət üçün

formu doldurun

sizə zəng edək.