Əlaqəli yazılar

Səhvən göndərdiyiniz “email”i geri almanın yolu

Klaviaturadakı K və L, X və C, həmçinin R və T hərflərinin yanaşı işlənməsi bəzən istənilməyən mesajların yazılmasına səbəb olur. Mesajı göndərəndən sonra görürsən ki, müraciət olaraq qarşı tərəfə “xanım” əvəzinə, “canım” yazmısan. Adam xəcalət çəkir ki, görəsən, indi qarşı tərəf haqqımda nə düşünür? “Mesajı oxumamış tez silim”, – deyib necə əl-ayağa düşürsənsə, telefon üç dəfə əlindən düşür. Ömründən on il gedir.

Bəzən də mesajı sevdiyinə göndərməkdən, səhvən müdirinə göndərirsən. O ki ölümə saniyələr qalmış doğum anından ölüm anına qədər olan müddət, elədiyin yaxşılıqlar, günahlar gözünün qabağından keçir ha, bax o vaxt o anı yaşayırsan.

Deyirsən kaş ki, mesajı geri qaytarmaq seçimi olaydı, səhvimi düzəldərdim.

Bu yerdə “Google” imdadına çatır. Deyir, sənə maksimum 30 saniyə vaxt verirəm ki, mesajı geri alasan.

Bu xidmətdən yararlanmaq üçün bunları etməlisiniz:

1. Gmail hesabınıza daxil olub “settings” bölməsini seçirsiniz.

2. Sıralamada “undo send” seçimini tapıb qarşısındakı “enable undo send” hissəsini aktivləşdirin.

3. Buradan mesajın geri alma müddətini seçin. Mesaj göndərərkən seçdiyiniz müddət ərzində “göndərməni geri al” seçimini edə bilərsiniz.

4. Sonda aşağıya gəlib “save” edirsiniz.

Müəllif: Aytən Cavadova

Əlaqəli yazılar