Əlaqəli yazılar

Exceldə vaxtınıza qənaət edəcək əmrlər və qısayollar

MS Excel, xüsusilə yeni versiyaları vaxta qənaət edən əmrlər və düymə kombinasiyaları ilə zəngindir. Aşağıda qeyd  olunan əmrlərin əksəriyyəti Excelin 2010 və daha yuxarı versiyalarında mövcuddur:

1.       Seçilən məlumatları Hide əmri ilə gizlətməyi əksəriyyətiniz bilirsiniz. Xanadakı məlumatı gizlətməyin başqa bir üsulu isə aşağıdakı əmrlər ardıcıllığını icra etməkdən ibarətdir: Home->Number->More Number Formats->Custom-> ;;; yazılır-> OK kliklənir.

2.       Xanaya yazılan məlumatın rənginin dəyişdirilməsinin qarşısını almaq üçün aşağıdakı əmrlər ardıcıllığını icra etmək lazımdır: Home->Number->More Number Formats->Custom-> [rəng] -> OK kliklənir. Rəng olaraq istənilən birini qeyd edə bilərsiniz. Exceli ingiliscə istifadə edirsinizsə, rəngin adını ingiliscə, rusca istifadə edirsinizsə, rusca yazmalısınız. Beləliklə, yazının rəngini artıq Font alt menyusundan dəyişmək mümkün olmayacaq.

3.       Exceldə axtarılan məlumatın tapılması üçün Ctrl+F kombinasiyasını əksəriyyətiniz bilirsiniz. Əgər axtardığınız məlumatda qeyri-dəqiq simvol varsa, onu ?, qeyri-dəqiq simvollar varsa, onu * işarəsi ilə əvəz edə bilərsiniz. Əgər ? və ya * simvollarının özlərini axtarırsınızsa, qarşılarına ~ işarəsi əlavə etmək kifayətdir.

4.       Sıfırla başlayan ədədlərdə sıfırın xanada görünməsi üçün məlumatın qarşısına ‘ işarəsini yazmaq lazımdır.

5.       Açıq olan bir neçə Excel faylı arasında bir-birinə keçid etmək üçün Ctrl və Tab düymələrini birlikdə sıxmaq lazımdır.

6.       Bir neçə Excel faylını eyni anda açmaq üçün hamısını Ctrl düyməsi ilə seçdikdən sonra Enter düyməsinə klikləmək kifayətdir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar