Əlaqəli yazılar

Doğum günlərinin şərtli formatlanması

Telefonda doğum günlərinin bizə xatırladılması üçün bildiriş funksiyası var. Buna oxşar funksiyanı Excel faylına da tətbiq edə bilərik. Belə ki, tarix yazılmış xanalara şərtli formatlama (Conditional Formatting) tətbiq edərək hər gün ad günü ola şəxslərin bizə göstərilməsi mümkündür.

Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır.

  1. Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a formula to determine which cells to format” seçimi edilir.
  2. “Format values where this formula is true” hissəsinə bu funksiya yazılır: =AND(DAY(TODAY())=DAY($E2),MONTH(TODAY())=MONTH($E2)) . E2 əvəzinə Siz müvafiq xanalar toplusunun ilk xanasını daxil edəcəksiniz. Funksiya bugünkü tarixin gün və ayını xanalar toplusundakı tarixlərin gün və ayı ilə müqayisə edir. Burada iki şərt var. Həm gün, həm də ay uyğun olmalıdır. Beləliklə, AND funksiyası iki şərtin doğruluğunu yoxlayır. Əgər bugünkü tarixin həm günü, həm ayı hər hansı xana(lar)dakı tarixin gün və ayı ilə eynidirsə, yəni hər iki şərt doğrudursa, həmin xanalara format tətbiq edilir. Əks təqdirdə, format tətbiq olunmur.
  3. Funksiyanı yazdıqdan sonra Format əmrinə klikləyərək istədiyimiz formatı tətbiq edib OK əmrinə klikləyirik. Beləliklə, siyahıda bugünkü tarixə uyğun tarix varsa, formatlanır, yoxdursa, hər gün funksiya şərti yoxlayıb müvafiq tarixi tapdıqda formatlayacaq.
    ______________________________________________________________________________________________________________________  Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar