Əlaqəli yazılar

Excel faylının sürətini artırmaq üsulları

Excel istifadəçilərinin ən çox üzləşdiyi problemlərdən biri Excelin işləmə sürətinin zəif olmasıdır. İşçi kitabda daha çox məlumat və hesablama olduqda bu problem özünü daha aydın büruzə verir. Excelin işləmə sürətini artırmaq üçün aşağıdakı üsullar vardır:

  1. NOW, TODAY, INDIRECTRAND, OFFSET və s. bu kimi funksiyalardan az istifadə etməyə çalışın. Çünki bu funksiyalar hər dəfə işçi kitaba dəyişiklik ediləndə yenidən hesablama aparmağa başlayır.
  2. Cədvəllərdən və müəyyənləşmiş adlardan (Defined names) isifadə edin. Onlar məlumatı özündə saxlayır və onlara istinad etmək daha asandır.
  3. İstifadə olunmayan funksiyaları statik dəyərlərə çevirin. Bunun üçün Paste Special-Values əmrindən istifadə etmək lazımdır.
  4. Massiv funksiyalarından az istifadə etməyə çalışın.
  5. İstinad olunan məlumatların eyni işçi səhifədə olmasına çalışın. Belə olduqda funksiya başqa işçi səhifə və işçi kitablara istinad etməyə əlavə vaxt sərf etmir.
  6. Bütün sətir və ya sütuna (A:A) istinad etməyin. Hətta sətirdə/sütunda məlumatlar az olsa belə, funksiya hesablama apararkən bütün sətiri/sütunu yoxlayır və bu da vaxt alır.
  7. Şərtli formatlamadan (Conditional formatting) az istifadə etməyə çalışın.
  8. Manual (əl ilə) hesablama seçimindən istfadə edin. Böyük həcmli məlumatla işlədikdə hər dəfə hər hansı xanada məlumat dəyişərkən avtomatik təkrar hesablama dəqiqələrlə vaxt apara bilər. Buna görə də Formula Tab –> Calculation Options –> Manual seçimi vasitəsilə funksiyanın yalnız sizə lazım olanda təkrar hesablama aparmasını təmin edə bilərsiniz. Təkrar hesablama üçün F9 düyməsinə klikləməyiniz kifayətdir.
  9. Sürətli funksiyalardan istifadə edin, bir neçə funksiya əvəzinə bir funksiya yazmağa çalışın. Məsələn, IFISERROR funksiyalarının kombinasiyası əvəzinə IFERROR, INDEX və MATCH funksiyalarının kombinasiyası əvəzinə VLOOKUP istifadə etmək məsləhətdir.

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar