Əlaqəli yazılar

Təşkilatdaxili kommunikasiyanın formaları

Kommunikasiya uğurlu idarəetmə üçün əhəmiyyət kəsb edən amillərdən biridir. İstər əməkdaşların yeni prosedurlar barədə məlumatlandırılması olsun, istərsə də işçi məmnuniyyətinin ölçülməsi üçün sorğuların keçirilməsi – kommunikasiya bütün hallarda vacibdir. Düzgün kommunikasiya strategiyası işçi bağlılığını, məhsuldarlığı yüksəldir və etibar hissini artırır.

Təşkilat daxilində informasiya axını 4 istiqamətdə baş verir:

1️⃣ Aşağıdan yuxarıya. İşçilər rəhbərliyə öz fikirlərini, şikayətlərini və təkliflərini çatdırırlar. İş mühitində işçilərin iştirakçılığını artırdığı üçün kommunikasiyanın bu forması getdikcə geniş yayılır.
2️⃣ Yuxarıdan aşağıya. Kommunikasiyanın bu formasında məlumat təşkilati strukturun yuxarı pillələrindən aşağı pillələrinə ötürülür. Məsələn, struktur bölmə rəhbəri işçilərlə üz-üzə görüşür və ya elektron poçt vasitəsilə onları məlumatlandırır.
3️⃣ Diaqonal. Kommunikasiyanın bu forması müxtəlif struktur bölmələrin müxtəlif səviyyəli işçiləri arasında baş tutur. Məsələn, işə qəbul üzrə mütəxəssis başqa bir şöbənin rəhbəri ilə həmin şöbəyə yeni işçinin qəbul edilməsini müzakirə edir.
4️⃣ Üfüqi. Kommunikasiyanın bu forması müxtəlif struktur bölmələrin eyni səviyyəli işçiləri arasında baş tutur. Məsələn, İnsan resursları departamentinin rəhbəri Maliyyə departamentinin rəhbəri ilə təlim büdcəsini müzakirə edir.

Hazırladı: Madam Helpful