Bu yazımızda  Excel səhifəsində istifadəçilərə bloklanmış səhifədə müəyyən icazələrin verilməsi barədə məlumat verəcəyik.

1. Excel xanasına blok qoyaq.

review 1

Beləliklə, Biz istifadəçilərə hansısa icazə vermədən xananı bütövlükdə bloklamış olduq.

İndi isə bloklanmış işçi səhifəsində istifadəçiyə hansı icazələrin verilə bilinməsinə baxaq. Əvvəlcə onu qeyd edək ki, istifadəyə veriləcək icazələr Review – Protect Sheet menyusunda müvcuddur.

f

1.  Select locked cells – Bloklanmış xanaların seçilməsi icazəsinin verilməsi. Bu icazə verilərsə excel səhifəsində blok olsa da xanalar seçilə bilinir.

2. Select unlocked cells – Bloklanmamış xanaların seçilməsi icazəsinin verilməsi. Bu icazə verilərsə excel səhifəsində blok olmasa da xanalar seçilə bilinir.

3. Format cells – Xanaların formatlanmasına icazə verir. Formatlama dedikdə xana üzərində aparılan dəyişiklik nəzərdə tutulur (rənglənməsi, fontun altından xətt çəkilməsi və s)

4. Format columns – Sütunların formatlanmasına icazə verir. Bu zaman sütunların üzərində hansısa dəyişiklik edilə bilinir.

5. Format rows – Eyni qayda ilə sətirlərə də dəyişiklik edilməsinə icazə verir.

6. Insert hyperlinks – Excel səhifəsində hiperəlaqə əlavə edilməsi üçün icazə verir. Hiperəlaqə həm eyni excel sənədinin başqa səhifələrinə, digər excel sənədinə və ya digər sənədə verilə bilinər.

7. Delete columns – Sütunların silinməsi üçün icazə verir.

8. Delete rows – Sətrlərin silinməsi üçün icazə verir.

9. Sort – Xanaların qruplaşdırılmasına icazə verir.

10. User Autofilter – Xanada filterləmə əməliyyatının aparılmasına icazə verir.

11. Use Pivot Table & Pivot Chart – Pivot cədvəl və qrafiklərdən istidadəyə icazə verir.

12. Edit objects – İşçi səhifəsinin üzərində olan obyektlərin dəyişilməsinə icazə verir. Obyektlər həm şəkil, fiqur və s. ola bilər.

13. Edit scenarios – Excel xanasına yazılan ssenarilərin dəyişilməsinə icazə verir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir