MH10: Balans Hesabatı

Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Mənfəət-zərər və balans hesabatları arasındakı əsas fərq bundan ibarətdir: mənfəət və zərər hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki (misal: Yanvar 2014 – Dekabr 2014) gəlirlərini və xərclərini özündə əks etdirirdisə, balans hesabatı əksinə, bəlli bir tarixdə (misal: 31 dekabr 2014) müəssisənin nəyə sahib olduğunu göstərir. […]

ST6:Verilənlərin paylanma formaları – Təsviri statistika

Verilənin ortalamaya nəzərən hansı istiqamətdə yerləşdiklərini ölçmək üçün Z skordan istifadə edilir. Z skorun -3 və +3 arasında qiymət alması verilənlərin normal paylanması mənasına gəlir. Aşağıdakı düstur ilə hesablanır: Misal: fərz edək ki, riyaziyyat dərsi üzrə ortalama imtahan balı 490, standart yayınması isə 100-dür. Nəticəsi 620 olan testin Z skorunu hesablayın. Nəticəsi 620 olan testin […]

Fill (Xanaların doldurulması)

Bəzən işimizin tələblərinə uyğun xanalara yazılan ədədləri ədədi və ya həndəsi silsilə ilə sıralamaq, tarixləri müvafiq olaraq illər,aylar və ya günlər üzrə sıralamaq zərurəti yaranır. Bunun üçün Exceldə Home-Fill menyusundan istifadə edəcəyik. Vaxt itirmədən nümunələr üzərindən izahata keçək . 1. Excel xanasına yazılan ədədlərin ədədi silsilə ilə sıralanması. Fərz edək ki, bizə A1 və A5 xanasına yazılacaq […]

SQL7: Sum, average, count funksiyaları

Bizə aylıq əmək haqqına dair hesabat lazım ola bilər. Bu zaman ishchi_maash cədvəlində olan məlumatlar əsasında lazım olan hesabatı hazırlaya bilərik. İlkin olaraq əmək haqqının ümumi cəmini tapaq: Select sum(maash)  as ‘Əmək haqqı fondu’ from ishchi_maash Orta əmək haqqını hesablamaq üçün aşağıdakı scriptdən istifaəde olunur: Select avg(maash) as ‘Orta əmək haqqı’ from ishchi_maash Təşkilatda əməkhaqqı […]