Əlaqəli yazılar

Vergi Məcəlləsində dəyişikliklərə əsasən əmək haqqı hesablanması (2019)

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində bir sıra dəyişikliklər oldu. Biz bu gün bu dəyişikliklərin 2019-cu il Yanvarın 1-dən əmək haqqı hesablamalarına necə təsir edəcəyinə baxacağıq.

Dəyişikliyə əsasən, 2019-cu il Yanvarın 1-dən Vergi Məcəlləsi üzrə Muzdlu işlə işləyən işçilərin əmək haqqından tutulan fiziki şəxslərin gəlir vergisi 2 kateqoriyaya bölünür.

  • Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanların aylıq gəlirindən vergi hesablanması;
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq gəlirindən vergi hesablanması;

 

1-ci qrup üçün gəlir vergisinin hesablanması aşağıdakı cədvələ əsasənvergi mecellesi

 

2-ci qrup üçün gəlir vergisinin hesablanması aşağıdakı cədvələ əsasən olacaq.qeyri neft sektoru vergi dereceleri

 

Bundan başqa, 250-İQ “Sosial sığorta haqqında” AR Qanunu 14.4 maddəsinə əsasən Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir

yeni vergi dereceleri

 

Misal:

Kazımov Əli Cəfər oğlu Dövlət və ya Neft-qaz sahəsində  fəaliyyəti olan bir müəssisədə mühasib vəzifəsində işləyir. Ay ərzində ona 500 AZN əmək haqqı(Gross) hesablanılıb. Məcəllədəki dəyişikliklərə əsasən ona ödəniləcək əmək haqqı (Nett) və vergi öhdəliklərinin hesablanmasına baxaq.

Vergiyə cəlb olunan Hesablanmış əmək haqqı(Gross) = 500 AZN

Fiziki şəxslərin gəlir vergisi = (Hesablanmış əmək haqqı  – 200) * 14% = (500 – 200)*14% = 42 AZN

Sığortaolunanın gəlirlərindən tutulan MDSS ayırmaları =  Hesablanmış əmək haqqı * 3% = 500 * 3% = 15 AZN

Sığortaolunanın gəlirlərindən tutulan İSS ayırmaları =  Hesablanmış əmək haqqı * 0.5% = 500 * 0.5% = 2.5 AZN

Ödəniləcək əmək haqqı (Nett) = Hesablanmış əmək haqqı – Gəlir Vergisi  – MDSS – İSS = 440.5 AZN

Sığorta edənin vəsaiti hesabına ödənilən MDSS ayırmaları = Hesablanmış əmək haqqı * 22% = 500*22% = 110 AZN

Sığorta edənin vəsaiti hesabına İSS ayırmaları =  Hesablanmış əmək haqqı * 0.5% = 500 * 0.5% = 2.5 AZN

 

balans hesabat

 

İndi fərz edək ki, Kazımov Əli Cəfər oğlu Qeyri Dövlət  və ya  özəl sektorda  fəaliyyəti olan bir müəssisədə mühasib vəzifəsində işləyir. Hesablamalara baxaq.

Vegiyə cəlb olunan Hesablanmış əmək haqqı(Gross) = 500 AZN

Fiziki şəxslərin gəlir vergisi = 0 AZN

Sığortaolunanın gəlirlərindən tutulan MDSS ayırmaları = 6+( Hesablanmış əmək haqqı – 200) * 10% = 6 + ( 500 – 200) * 10% = 36 AZN

Sığortaolunanın gəlirlərindən tutulan İSS ayırmaları =  Hesablanmış əmək haqqı * 0.5% = 500 * 0.5% = 2.5 AZN

Ödəniləcək əmək haqqı (Nett) = Hesablanmış əmək haqqı   – MDSS – İSS = 461.5 AZN

Sığortaedənin vəsaiti hesabına ödənilən MDSS ayırmaları = 44 + (Hesablanmış əmək haqqı -200)* 15% = 6 + (500 – 200)*15% = 89 AZN

Sığortaedənin vəsaiti hesabına İSS ayırmaları =  Hesablanmış əmək haqqı * 0.5% = 500 * 0.5% = 2.5 AZN

Müəllif: Sərvər Əsədov

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.