
“İnnab Business School”-un təşkil etdiyi Mühasibatlıq kurslarında tələbələr müəssisədə çalışan hər hansı bir mühasibin bilməli olduğu nəzəri və praktiki biliklərə sahib olacaqdır,həmçinin 1c proqramını öyrənəcəklər.
Müasir müəssisəsinin gəlir və xərclərinin, mənfəət və zərərinin, inventarlarının, vergi və iqtisadi öhdəliklərinin uçotu aparılması, biznesin cari durumunun təhlil edilməsi onun ən vacib əməliyyatları hesab edilir. Ona görə də bu əməliyyatları icra edən peşəkar mühasiblərə böyüklüyündən və harada yerləşməsindən asılı olmayaraq bütün müəssisələrdə ehtiyac duyulur.
Mühasibatlıq təlimlərinin təşkili üzrə də bazarda ciddi paya və reputasiyaya malik “İnnab Business School” tərəfindən ölkəmizin reallıqlarına uyğun praktiki təlimlər təşkil olunur. “Mühasibat uçotu və 1C təlimi” müddətində təlimçi tərəfindən ilkin əməliyyatlardan son maliyyə hesabatlarının hazırlanmasınadək mühasibat uçotu əməliyyatlarının izahı edilir. Əməliyyatların 1C proqramında məşq edilərək tam mənimsənilməsinə isə xüsusi diqqət ayırılır.
“İnnab Business School” tərəfindən təşkil olunan praktiki “Mühasibat uçotu və 1C” təlimə elə indi qoşulun, müəssisə və təşkilatlarda mühasibat uçotu və 1C ilə bağlı işləri sərbəst icra edin.
Təlim haqqında:
Təlimin planı: Bu linkdən tanış ola bilərsiniz.
Təlimin dili: Azərbaycan
Təlimin müddəti: Dərslər 3 ay (50 saat) çərçivəsində həftədə 2 dəfə keçirilir.
Format | Qiymət |
---|---|
Saat 09:00-18:00 aralığında | |
Saat 19:00-21:00 aralığında (oflayn) | |
Saat 20:00-22:00 aralığında (onlayn) | |
Həftəsonu | |
Qeyd: Özü ilə 2 dostunu təlimə gətirən şəxslər üçün 5% endirim nəzərdə tutulmuşdur.
|
Təlimin materialları: İştirakçılar həm nəzəri, həm də praktiki materiallarla təmin olunacaqlar.
1 C 8.3 UPP proqramı iştirakçıların kompüterlərinə ödənişsiz yüklənəcək.
Təlimin təlimçiləri:
Şahin Qurbanov – Bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə almışdır. Ata Bank, MD_Dizayn, Nobel İlaç, Carlsberg Azerbaijan MMC, Mirleks Group MMC şirkətlərində xidmət, satış, istehsalat, logistika sahələrində mühasib, aparıçı mühasib, qrup rəhbəri, maliyyəçı kimi 15 illik təcrübəsi var. ACCA F1, F2, F3 sertifikatlarına sahibdir. Hal hazırda Maliyyəçi vəzifəsində çalışır.
Nicat Qədirli – Bakalavr təhsilini Azərbaycan Kooperasiya Universitetində Beynəlxalq İqtisasdi Münasibətlər üzrə, magistr təhsilini isə Parisdə İESEG Business School of Management-də Maliyyə, Audit və Nəzarət ixtisası üzrə almışdır. İstehsalat, Neft-Qaz, Sığorta, Bank, Tikinti, Turizm və Logistika sahələrində 10 illik təcrübəsi var. Hal-hazırda Maliyyə Rəhbərinin Müavini vəzifəsində çalışır.
Nizami Qarayev – Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisasında almışdır (TUDİFAK). Teleradio İB, AzMeCo MMC (indiki ARDNŞ Metanol zavodu), Palfood MMC (PalSüd), Bakelektro ASC, Mirleks Trading MMC kimi şirkətlərdə mühasib və aparıcı mühasib vəzifələrində çalışmışdır. Hal-hazırda Caspian Rail MMC-də Baş mühasib vəzifəsində çalışır. İAB level 3, DIPLOMA IN ACCOUNTING AND BUSINESS ACCA, ACCA F1, F2, F3 sertifikatlarına sahibdir.
Orxan Məmmədov – Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Univeristetində Maliyyə və Kredit İqtisadiyyatı üzrə almışdır. Caspian Consulting, GMR International MMC, Pasha Construction LLC kimi şirkətlərdə maliyyə sahəsində çalışmışdır.BARSPLICES, REPEDE Pressure and Control kimi şirkətlərin region üzrə nümayəndəlik rəhbəri kimi çalışmışdır.VISTA və BMG İnternational kimi şirkətlərin təsisçisi və idarəedicisidir. Maliyyə, mühasibat, vergi sahəsində 15 ildən çox iş təcrübəsi var. Hal-hazırda BMG İnternational şirkətinin idarəedici partnyorudur. BMG İnternational şirkəti maliyyə və marketing outsorsu, bankçılıq və maliyyə üzrə təlimlər keçirməklə məşhurdur.
Kamal Hüseynzadə – Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində ‘‘Biznesin idarə edilməsi” ixtisası üzrə tamamlamışdır. 2015-2018 ci illərdə Azərsun Holding-də Əməliyyat və Nəzarət şöbəsində, 2018-2020 ci illər ANS Group Vergi şöbəsinin rəhbəri, 2020-ci il Araz Supermarket MMC Vergi şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda Bolmart Supermarket Maliyyə Auditi və Nəzarət Departamentinin direktoru vəzifəsində çalışır. ACCA-nın F2, F3, sertifikatlarına sahibdir.
İlqar İsayev – Bakalavr təhsilini Azərbaycan texnalogiya unversiteti və magistr təhsilini Azərbaycan Turizm İnstitutu da almışdır. Azem&Consulting , Karadeniz lojistik, Modern group,Senta LLC, Pirqulu Park Hotel MMC şirkətlərində xidmət, satış, istehsalat, logistika sahələrində mühasib, aparıçı mühasib, qrup rəhbəri, maliyyəçı kimi 10 illik təcrübəsi var. Hal hazırda Maliyyəçi vəzifəsində çalışır.
Nihad Mehmanlı – Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasını fərqlənmə ilə bitirmişdir. Daha sonra Biznesin İdarə Edilməsi ixtisasında magistr təhsil almışdır. Karyerası boyu müxtəlif şirkətlərdə Mühasib kimi fəaliyyət göstərib (EDUSTAR MMC , Smart Timr MMC və s. ). O cümlədən daha çox təlimçi kimi karyerasına davam edib və hal hazırda şəxsi Mühasibatlıq və vergi işlərini aparır.
Elmin Nemətli – bakalavr və magistr təhsilini UNEC-də almışdır. Akademik təhsillə yanaşı bir sıra xarici və yerli təlimlər almışdır. Hazırda Bakı Mühəndislik universitetinin dissertantıdır. 20 ilə yaxın maliyyə menecmenti və mühasibatlıq sahəsində, o cümlədən 10 ildən çox bank sektorunda təcrübəyə malikdir. Hazırda SUNFİN CONSULTİNG-də mühasibatlıq üzrə və Bakı Mühəndislik universitetinin maliyyə kafedrasında baş müəllim olaraq çalışmaqdadır. Eyni zamanda müxtəlif təşkilat və şirkətlərdə təlimlər keçməkdədir. UNDP-in sertifikatlı təlimçisidir.
Dərslərimizin keyfiyyəti ilə tanış olmaq üçün bu linkdən video dərslərimizə baxa bilərsiniz.
QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ
Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun
Tel: 050 290 61 21
E-poçt: [email protected]

Tez-tez verilən suallar
sualın var
formu doldur
sizə zəng edək
Bu kursu götürmək üçün mühasibatlıqla əlaqədar heç bir biliyə ehtiyac yoxdur. Siz tamamilə sıfırdan başlayaraq bu sahəni öyrənə bilərsiniz.
- 50 saat
- Praktiki mühasibat uçotu
- 100+ praktiki test
- 2+ quiz
- Əhatəli təlim planı və materialı
- Sertifikat
- 1C 8.3 proqramının pulsuz yüklənilməsi
- Mentor dəstəyi
- Maliyyəçilər
- Mühasiblər
- Auditorlar
- İnsan Resursları əməkdaşları
- Anbardarlar
- Tələbələr
- Vergi mütəxəssisləri
- Şəxsi biznesini idarə etmək istəyənlər
- Bu sahədə özünü inkişaf etdirmək istəyənlər
- Mühasib kimi düşünmək
- Əməliyyatların 1C-də həyata keçirmək
- Ödəmə planının tərtib və idarə etmək
- Vergi bəyannamələrinin texniki cəhətdən hazırlamaq
- Mal-materialın uçotunu aparmaq
- Kassa və bank əməliyyatlarının uçotunu aparmaq
- Maya dəyərini hesablamaq
- Əsas vəsaitlərin uçotunu aparmaq
- Əmək haqqı ilə bağlı ödənişləri etmək
- Kadrlarla bağlı uçotu aparmaq
- Satış əməliyyatlarını icra etmək
- Xərclərin uçotunu aparmaq
- Maliyyə hesabatları hazırlamaq
- Digər hesablaşmaları həyata keçirmək aparmaq
Sertifikat verilir?
Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.
Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.
Kursu bitirdikdən sonra iş imkanları varmı?
“İnnab Karyera Mərkəzi”nin dəstəyi ilə 90% üzəri performans göstərən iştirakçıların işlə təmin olunması üçün köməklik edilir.
Bütün təlimlər
Ən çox tələb olunanlar
Mühasibatlıq
Data analitika
Kompüter bilikləri
İnsan Resursları
Menecment
Salam filialiniz var rayonlarda
Salam sizdə mühasibatlıq hansı vəsaitdən keçilir hası kitabdan tədris olunur? öz kitabınızdır yoxsa necə.
salam.Men orta tehsilliyem . oyrenmek isteyirdim kikursun verdiyi sertifikatla rahatlıqla ise qebul olmaq mumkundurmu? Eger mumkundurse hansı muesssiselerde calısa bilerem.Cavablandırsanız cox sevinerem.
Salam.Bilmək istərdim Muhasibat ucotu və 1 C eyni kursda kecirilir? yani burda qiymetde yazmisiniz 75 azn, bu her ikisine aiddi? Bir də hefte ici olan kurslar axsam kecilirmi? Acca F3 Muhasibat ucotu kursunda ehate olunurmu? tesekkur edirem
Sınaq dərsləriniz olur?
İlk dərsin keyfiyyəti qane etmədiyi təqdirdə müqaviləyə əsasən ödəniş tam geri qaytarılır.
Sertifikat verilir?
Salam, Şəfəq xanım. Müraciətiniz üçün təşəkkür edirik.
Bəli, tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunur.
Salam
mühasibat uçotu və 1 C fərdi neçəyədi?
Salam, Tatyana xanım. Müraciətiniz üçün təşəkkür edirik. Mühasibat uçotu və 1C yalnız qrup şəklində tədris olunur. Qrupda 6-8 iştirakçı olur.
İş saatınız neçye kimidi ? qeydiyatdan keçmeye gelmek isteyirdim
Salam. Həftə içi saat 09:00-21:00, şənbə günü isə 09:00-18:00 arası qeydiyyat üçün yaxınlaşa bilərsiniz.
bes ferdi neqederdir?komputer kursu (world excel..)
Word kursu fərdi - 90 AZN
Excel kursu fərdi - 200 AZN (gündüz saatları), 250 AZN (axşam saatları)
qrupda nece nefer olur?
Salam. Müraciətiniz üçün təşəkkür edirik. Qrupda 6-8 nəfər olur.
Salam.Zəhmət olmasa məlumat verirdiniz kursada iştirak etmek üçün,Ali təhsilli olmaq lazımdır?
Salam,Vasif bəy.
Müraciətiniz üçün təşəkkür edirik.
Ali təhsil vacib deyil, lakin tədris olunan materialı qavramaq baxımından üstünlükdür.
Çox sağ olun minnətdaram.fikrimcə bacararam.
Dersler qurp şekilindedi yoxsa ferdi
Müraciətiniz üçün təşəkkür edirik. Dərslər qrup şəklindədir.
orta təhsillərə aiddir
Kursa qoşulmaq üçün təhsillə əlaqədar məhdudiyyət yoxdur, tədris sıfırdandır. Lakin yaxşı riyazi biliklər lazımdır.
Salam.Həftənin hansı günlərində dərs olur.
Salam, İlqar bəy. Qrupların dərs cədvəli fərqlənir. Hər gün dərslər olur.
elaqe saxlayariq
Buyurun
mene yalniz 1 c8.3 versiyani bilmek lazimdi hem men ferdi isterdim mumkunse