5 sətirdən bir xananın seçilməsi

Fərz edin ki, Sizə rəhbərlik tərəfindən hər beş sətirdən bir olan xanadakı məlumatların yoxlanılması tapşırığı verilmişdir. (Məsələn  B sütunu üzrə 5-ci,10-cu,15-ci, 20-ci  sətirdə yerləşən məlumatları yoxlamaq). Bunun üçün biz bir neçə metoddan istifadə edə bilərik.Birinci çətin yol ondan ibarətdir ki, biz fərdi qaydada heç bir düstur və filterləmə əməliyyatlarından istifadə etmədən məlumatları fərdi qaydada yoxlayaq. […]

Exact funksiyası

Bəzən bizə iş həyatında iki mətnin bir-biri ilə eyni olmasının yoxlanılması zərurəti yaranır. Bunun üçün Exceldə Exact funksiyasından istifadə edilir. Funksiyanın sintaksisi =EXACT(1ci xana;2 ci xana) kimidir. Funksiya “True” və “False” qiymətlərini qaytarır. “True” olanda müqayisə edilən iki mətn bir biri ilə eynilik təşkil edir. Misalda daha ətraflı müzakirə edək. Yuxarıdakı şəkilə diqqət etsəniz görərsiniz ki, A2 […]

CountIF funksiyası

Bu günə kimi, bəlkə də Exceldə CountİF funksiyası qarşınıza çıxmış, üstündən keçib getmisiniz. Amma, bu məqalədə bu funksiyanın bilmədiyiniz tərəfləri ilə Sizi tanış etmək istəyirəm. Funksiyanın mahiyyəti: CountİF funksiyası müəyyən xanalarda hansısa bir simvolun, sözün, rəqəmin sayının tapılması üçün istifadə edilir. Sintaksisi: =COUNTIF(“Axtarılan xanalar”;”Axtarılan kriteriya”) Ölkələrin məlumatlarını özündə əks etdirən cədvəl verilmişdir. Bu cədvəldə hansı ölkənin adının […]

Subtotal funksiyası

Exceldə subtotal funksiyasını yəqin ki, bir çoxlarınız hələ də istifadə etməmisiniz. İnanıram ki, bu məqaləni oxuduqdan sonra növbəti dəfələrdə mütləq istifadə edəcəksiniz.  Bunun üçün kifayət qədər səbəb vardır. Bu səbəbləri qeyd etməmişdən öncə istəyirəm ki, ilkin olaraq bu funkisyanın nə kimi işə yaradığına baxaq. Subtotal funksiyası aralıq cəmləri göstərən bir funksiyadır. Belə ki, əgər Siz […]

ST3: Verilənlərin formalaşdırılması

Böyük həcmli verilənlər bazası üzərində operativ şəkildə işləyərək nəticə əldə etmək istəyiriksə, bu mərhələləri izləməliyik: Müəyyənləşdirmək – ilk olaraq təhlil üçün lazım olan dəyişənlar müəyyən edilməlidir. Toplamaq – təhlil üçün lazım olan verilənlər uyğun bazalardan toplanmalıdır. Cədvəl və qrafiklərin hazırlanması – bu pillədə toplanmış verilənlərin daha asan təhlil edilməsi üçün cədvəllər və qrafiklər hazırlanır. Təhlil […]

ST2: Dəyişənlərin Növləri və Ölçü sistemləri

Dəyişənlər iki qrupa bölünür: keyfiyyət və kəmiyyət üzrə dəyişənlər. Keyfiyyət üzrə dəyişənlər (kateqoriyalar üzrə dəyişənlər kimi də tanınır): dəyişənin aldığı qiymətlər kateqoriyalar üzrə olur. Misal: gözün rəngi – qara, qəhvəyi, göy; ailə vəziyyəti – subay, evli, boşanmış. Kəmiyyət üzrə dəyişənlər (rəqəmlər üzrə dəyişənlər kimi də tanınır): dəyişənin aldığı qiymətlər kəmiyyəti göstərir. Bu dəyişənlər özü də […]

ST1: Statistikaya Giriş

Statistika riyaziyyatın bir qoludur və əldə edilən məlumatları elmi və praktiki məqsədlər üçün işləyib hazırlamaqla məşğul olur. Niyə görə statistikanı öyrənməliyik? Birincisi, statistika bizə dünya haqqında fikir formalaşdırılmasında kömək edir. İkincisi isə,  statistika bizə ən uyğun biznes qərarlarının verilməsində kömək edir. Biznes dünyasında statistika aşağıda qeyd edilmiş mühim fəaliyyətlərdə istifadə edilir: Biznes məlumatlarının (rəqəmləri) ümumiləşdirilməsi […]

MH3: Maliyyə hesablaşmaları

Gəlir və ya xərc həmişə müəssisənin hasabatlarında pul vəsaiti mədaxil və ya məxaric olduqda tanınmırlar. Maliyyə hesablaşmalarının  əsas prinsipi məhz bunu izah edir. Hesablaşmaların əsas prinsipi budur ki, pul vəsaitinin hərəkətindən asılı olmayaraq gəliri qazandıqda, xərci isə çəkildikdə tanimaq lazımdır. Hesablaşmalar dörd kateqoriyaya bölünür. Bunların hər birini qısa şəkildə izah edək. Qazanılmamış gəlir (hər zaman […]

MH2: Maliyyə Hesabatlarının İşləmə Prinsipləri

Maliyyə hesabatlarının işləmə prinsiplərini anlamaq üçün ilk olaraq maliyyə mühasibatlığında biznes əməliyyatlarının təsnifatını başa düşmək lazımdır. Biznes əməliyyatları üç qrupa bölünür: Əməliyyat fəaliyyətləri – müəssisənin gündəlik əməliyyatlarını əhatə edir. Restoranlar tərəfindən göstərilən xidmətlər, konsaltinq şirkətlərinin təklif etdiyi xidmətlər, banklar tərəfindən depozitlərin qəbulu və kreditlərin verilməsi, işçilərə maaşların verilməsi və bunun kimi əməliyyatları misal olaraq göstərə […]

MH1: Maliyyə Hesabatlarının Təhlili

İlk olaraq maliyyə hesabatları və maliyyə hesabatlarının təhlili arasındakı fərqi müəyyən edək. Maliyyə hesabatları – müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə məlumat verir. Maliyyə hesabatlarına balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkətinə dair hesabatları misal deyə bilərik. Bu hesabatlar keçmişdə müəssisədə nə baş verdiyini göstərir. Maliyyə hesabatlarının təhlili […]