Əlaqəli yazılar

Exceldə ROUND, ROUNDUP, ROUNDDOWN funksiyaları

Exceldə ədədlərin yuvarlaqlaşdırılması üçün ROUND, ROUNDUP, ROUNDDOWN funksiyalarından istifadə edilir. Ayrı- ayrılıqda funksiyaları nəzərdən keçirək. 

1. =ROUND(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – normal yuvarlaqlaşdırma aparır. Bu funksiya normal riyazi yuvarlaqlaşdırmanı yerinə yetirir. 5 dən kiçik olan ədədləri bir aşağı ədədə doğru, 5-ə bərabər və ya böyük ədədlərdə isə bir vahid yuxarıya doğru yuvarlaqlaşdırma aparır. Məsələn, 2.5 ədədini =ROUND(2,5;0) funksiyası ilə yuvarlaqlaşdırarsaq 3 qiymətini funksiya bizə qaytarar.

2. ROUNDUP(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – Funksiyası yuxarıya doğru yuvarlaqlaşdırma aparır. Məsələn, =ROUNDUP(2,3;0) funksiyası ilə yuvarlaqlaşdırma yerinə yetirərsək, funksiya bizə 3 qiymətini qaytarar.

3. ROUNDDOWN(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – Funksiya aşağıya doğru yuvarlaşdırma aparır. Məsələn, = ROUNDDOWN(2,3;0) funksiyası ilə yuvarlaqlaşdırma apararsaq funksiya bizə 2 qiymətini qaytarar.

Beləliklə, exceldə Riyazı funksiyalar qrupunda yerləşən ROUND funksiyaları ilə tanış olmuş olduq.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.