Əlaqəli yazılar

Exceldə DATEDİF funksiyası

Exceldə DATEDİF funksiyası iki tarix arasında olan fərqi tapmaq üçün istifadə olunur. Lakin bilinməyən bəzi səbəblər görə yalnız Excel 2000 versiyasında “Formulas” panelində göstərilib, buna baxmayaraq bu funksiya digər bütün versiyaalrda da istifadə etmək olar.

Sintaksisi =DATEDIF ( başlanğıc_tarixi ; bitiş_tarix ; ölçü_vahidi )

DATEDİF funksiyasında ölçü olaraq 5 vahiddən istifadə olunur. Bunlar aşağıdakılardır:

  • “Y” – iki tarix arasındakı il fərqi
  • “M” – iki tarix arasındakı ay fərqi
  • “D” – iki tarix arasında gün fərqi
  • MD – ay və illəri nəzərə almayaraq gün fərqi
  • YD – illəri nəzərə almayaraq gün fərqi
  • YM – günləri və illəri nəzərə almayaraq ay fərqi

Siz bu funksiyanı yazarkən EXCEL sizə sintaksislə bağlı köməklik göstərməyəcək 🙂 , lakin siz funksiyanı göstərilən şəkildə düzgün yazsanız nəticəni alacaqsınız.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.