Əlaqəli yazılar

MH7: Gəlirlərin tanınması metodları

Daha əvvəl maliyyə hesablaşmalarında da qeyd etdiyimiz kimi, pul vəsaitinin hərəkətindən asılı olmayaraq, gəliri qazandıqda, xərci isə çəkildikdə tanımaq lazımdır. Gəliri aşağıda qeyd edilmiş 4 kriteriyanın hər biri qarşılandığı təqdirdə tanımaq mümkündür.

  1. Alıcı və satıcı arasında razılaşmaya dair sübut olmalıdır.
  2. Məhsul təslim edilməli və ya xidmət göstərilməlidir.
  3. Qiymət müəyyən edilməlidir və ya müəyyən edilə bilən olmalıdır.
  4. Satıcı pulun alınmasına dair kifayət qədər əmin olmalıdır.
  1. Uzun müddətli müqavilələrdə gəlirin tanınması metodları:
  • Tamamlanan hissə metodu – bu metod o zaman istifadə edilir ki, müqavilə üzrə olan bütün gəlir və xərclər tam düzgün şəkildə ölçülə bilən olsun. Hesablama metodu: bu günə qədər çəkilmiş xərclərin cəmi layihə üzrə ehtimal edilmiş bütün xərclərin cəminə bölünür.
  • Tamamlanmış müqavilə metodu – bu metod o zaman istifadə edilir ki, müqavilə üzrə olan bütün gəlir və xərclər tam düzgün şəkildə ölçülə bilmir və ya layihə uzun müddətli deyil. Bu metod yalnız IFRS standartına tabe olan müəssisələrdə istifadə edilir.

Misal: Satış üzrə cəmi gəlir 1 000 man.; cəmi xərc 800 man., bu xərc 3 ilə aiddir, hər ilə müvafiq olaraq 400 man., 300 man., 100 man. xərc düşür. Həm tamamlanan hissə metodu həm də tamamlanmış müqavilə metodu ilə hər il üzrə tanınmalı xalis mənfəəti tapın?

1
Tamamlanmış müqavilə metodunda layihə bitmədən gəlirlər tanınmır. Sonuncu ilə qədər hər il yalnız o il üzrə olan xərc qədər gəlir göstərilir və xalis gəlir sonuncu ilə qədər sifira bərabər olur.

2

  1. Taksitli (hissə-hissə ödəniş) satışlarda gəlirin tanınması metodu – satışdan gələn gəlirin uzun müddətdə ödənilməsi ehtimal edilirsə bu metoddan istifadə edilir. Əgər gəlirin ödənişinin tam şəkildə olacağına dair əminiksə, o təqdirdə gəliri dərhal tanımaq olar. Lakin, vəsaitin 100% ödəniləcəyini bilmiriksə o zaman bu metoddan istifadə eləməliyik. Əgər vəsaitin alınması yüksək ehtimalla qeyri-müəyyəndirsə onda biz xərclərin bərpası metodundan istifadə etməliyik.

Misal: XYZ müəssisəsi 1 000 manata avadanlıq satmışdır. Avadanlığın maya dəyəri 800 manatdır. Ödənişlər aşağıda qeyd edilmişdir. Həm taksitli satış həm də xərclərin bərpası metodu ilə hər il üzrə tanınmalı xalis mənfəəti tapın?

Taksitli satış metadunda bu dusturdan istifadə edəcəyik:

3

Bu misalda ehtimal olunan mənfəətimiz 200 manatdır (1 000 – 800).

Xərclərin bərpası metodunda gəlir yalnız bütün xərclər qarşılandıqdan sonra tanınır.

4


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.