Əlaqəli yazılar

MH11: Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat müəyyən bir dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətini (pul girişi (mədaxil) və çıxışları (məxaric)) özündə əks etdirir. Mənfəət və zərər hesabatından tək fərqi budur ki, mənfəət və zərər hesabatında hesablanmış və alınmamış gəlirlər” gəlir, “hesablanmış və ödənilməmiş xərclər” isə xərc olaraq tanınır, lakin, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda yalnız pul vəsaiti müəssisəyə daxil və ya müəssisədən çıxdığı zaman qeyd edilir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması

Təhlilçilər üçün bu hesabatın əsas önəmi ondan ibarətdir ki, bu hesabat müəssisənin qısa və uzun müddətli borclarını ödəmə qabiliyyətinin nə yerdə olduğundan xəbər verir. Yəni, müəssisənin borclarını qarşılaya bilməsi üçün əlində kifayət qədər nağd vəsaiti varmı.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul axınları müəssisənin üç fəaliyyəti əsasında yaranır: əməliyyat fəaliyyətləri, investisiya fəaliyyətləri və maliyyə fəaliyyətləri (bu fəaliyyətlər haqqında Maliyyə Hesabatlarının İşləmə Prinsipləri bölməsində ətraflı danışılmışdır). U.S. GAAP biznes fəaliyyətlərini aşağıdakı kimi təsnifləşdirir:

1

U.S. GAAP və IFRS arasında fərq

IFRS üzrə təsnifləşdirmədə

  • Faiz və dividend gəlirləri həm əməliyyat həm də investisiya fəaliyyətlərinə aid edilir
  • Səhmdarlara verilmiş dividentlər və faiz ödənişləri isə həm əməliyyat həm də maliyyə fəaliyyətlərinə aid edilir

Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanmasında 2 metoddan istifadə edilir:

  • Birbaşa metod (Direct method)
  • Dolaylı metod (İndirect method)

Hər iki metoda GAAP və İFRS tərəfindən icazə verilir. İnvestisiya və maliyyə fəaliyyətlərindən yaranan pul axınlarının hesablanmasında hər iki metod eynidir. İki metod arasındakı əsas fərq əməliyyat fəaliyyətlərindən yaranan pul axınlarının hesablanmasında özünü göstərir. Hesablamanın fərqli olmasına baxmayaraq, hər iki metodla alınan yekun nağd vəsait eyni olur. Hər iki metoda misallar üzərindən baxaq:

2

Qeyd1: aktivlərin artımı nağd vəsaitin istifadəsi hesabına baş verir. Məhz ona görə aktivlərdə artim hər zaman pul vəsaitlərinin hərəkəti hesabatında mənfi, azalma isə müsbət işarə ilə göstərilir.

Qeyd2: öhdəliklər hər zaman nağd vəsaitlərin əsas mənbəyidir. Buna görə də, öhdəliklərdə baş verən artım pul vəsaitlərinin hərəkəti hesabatında müsbət, azalma isə mənfi işarə ilə göstərilir.

Qeyd3: nağdsız xərclər (misal: amortizasiya) müsbət işarə ilə göstərilir.

Bütün qeyd edilənləri nəzərə alaraq A müəssisəsinin 01/2014 – 12/2014 dövrü üzrə pul vəsaitlərinin hərəkəti hesabatını quraq. Fərz edək ki, ilin əvvəlində müəssisəsinin kassasında     30 000 manat var idi.

3

4


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.