Əlaqəli yazılar

MALİYYƏ HESABATLARININ TƏHLİL MƏRHƏLƏLƏRİ

  1. İlk öncə təhlilin nə üçün edildiyinə baxmaq lazımdır. Burada təhlil edilən və istinad edilən mənbələr təhlilin məqdəsi ilə üst-üstə düşməlidir. Səhv müqayisə mənbələri,yanlış istinad edilən məlumatlar nəticədə səhv təhlillərin aparılmasına dəlalət edir. Nümunə: (ACD MMC- Pərakəndə satış nöqtələri olan müəssisədir. Müəssisənin keçən illə nisbətdə bu il üçün satışların artım və ya azalma dinamikasının təhlilini və müqayisəsini aparın. Burada ilk öncə ötən il və bu ilin eyni vaxtlarında fəaliyyət göstərmiş subyektlərə baxmaq lazımdır. Ola bilər ki, müəssisənin ümumilikdə satış gücü artmışdır(yeni subyektlər açaraq),lakin ötən illə bu il eyni fəaliyyət göstərən satış nöqtələrində dəyişiklik baş verməmişdir. Nəticə olaraq təhlil olunan subyektlər mütləq ahəng təşkil etməlidir)

    2. Təhlil məlumatlarının, cədvəllərin və hesabatların toplanması: Təhlil olunan müəssisə haqqında ilkin başlanğıc məlumatlardan onun son mərhələsi olan mənfəət və ya zərərlə işləməsinə qədər ki, bütün prosseslər haqqında məlumatları buraya daxil etmək olar. (Nümunə: Yaranma tarixi,fəaliyyət sahəsi,işçi sayı,obyetkəri haqqında məlumat, maliyyə nəticələri əks etdirən hesabatlar və s.)

    3. Toplanmış məlumatların emal edilməsi: Məlumatlar ümumi qəbul edilmiş nisbətlər və əmsalları əsasında emal edilir. Emalın məqsədi təhlilin işinin sürətləndirilməsi və əminliyinin təmin olunmasıdır.

    4. Emal edilmiş məlumatlarının təhlili: Burada qurulan qrafik,diaqramlar və cədvəllərin izahları əsaslı şəkildə təqdimat edilir.

    5. Hesabatlılıq: Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və təhlillərin yekunlaşdırılması.

    6. Təhlillərin yenilənməsi və davamlılığı: Biznes prosseslərinə və fors major hallara uyğun olaraq aparılan təhlillər mütləq qaydada daimiliyini qorumalı və yenilənməlidir.