Əlaqəli yazılar

ST11: Mümkün halların sayılması qaydaları

Qayda 1: hər hansı bir k hadisəsinin n dəfə sınaqdan keçirilməsi zamanı mümkün halların sayı aşağıdakı düsturla hesablanır:

1

Misal: zərin 3 dəfə atılması halında neçə mümükün hal vardır? Zərin 6 üzü olduğundan 6^3 = 216 mümkün hal vardır.

Qayda 2: əgər birinci sınaqda k1 hadisəsi, ikinci sınaqda k2 hadisəsi və üçüncü sınaqda kn hadisəsi varsa, mümkün halların sayı belə hesablanır:

2

Misal: siz həftə sonu alışveriş mağazasına getmək istəyirsiz, restoranda yemek yəmək istəyirsiz və kinoya baxmaq istəyirsiz. Deyək ki, seçimləriviz arasında 3 alışveriş mağazası, 4 restoran və 6 kino var. Bunları nəzərə alaraq, həftə sonu neçə cür mümkün hal kombinasiyası var?

(3)*(4)*(6) = 72 mümkün hal vardır

Qayda 3: n ədədin sıralanmasında mümkün halların sayı belədir:

3

Misal: tutaq ki, kitab rəfinə qoymaq üçün sizin 5 ədəd kitabnız var. Bu kitablar rəfə nəçə cür qoyula bilər?

5! = (5)(4)(3)(2)(1) = 120 mümkün hal vardır.

Qayda 4 (Permutasiya): n ədəddən X-nın sıralanmasında mümkün halların sayı belə tapılır:

 4

Misal: tutaq ki, siz 5 kitabınızdan 3-nün rəfdə yerini dəyişmək istəyirsiz. Bu kitablar rəfdə nəçə cür düzülə bilər?

5

60 mümkün hal vardır.

Qayda 5 (Kombinasiya): n ədədin içindən X ədədin seçilməsində mümkün halların sayı bu cür hesablanır:

6

Misal: tutaq ki, kitab rəfində sizin 5 kitabınız var. Bu kitablardan oxumaq üçün 3-nü təsadüfən seçmək istəyirsiniz. Kitabların seçilməsində neçə cür mümkün hal kombinasiyası var?

7

10 mümkün hal var.

8


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.