Əlaqəli yazılar

ST7: Korrelyasiya əmsalı və Empirik qanunauyğunluqlar

Empirik qanunauyğunluqlar təcrübə, müşahidə və sınaqlar əsasında özünü doğrultmuşdur. Empirik qanunauyğunluqlar zəng formada paylanmış verilənlərin yayınmasını təxmin edir. Empirik qanunauyğunluğa görə zəng formada paylanmış verilənlərin:

  • 68% verilən orta qiymətindən 1 standart kənarlaşma ilə yayınır.
  • 95% verilən orta qiymətindən 2 standart kənarlaşma ilə yayınır.
  • 99.7% verilən orta qiymətindən 3 standart kənarlaşma ilə yayınır.

1

Misal: riyaziyyat fənni üzrə keçirilmiş imtahan nəticələrinin ortalaması 500, standart kənarlaşması isə 90-a bərabərdir. Yuxarıdakı qanunauyğunluğa görə deyə bilərik ki tələbələrin:

  • 68%-nin imtahan nəticəsi 410 və 590 arasındadır (500 ± 90).
  • 95%-nin imtahan nəticəsi 320 və 680 arasındadır (500 ± 180).
  • 99.7%-nin imtahan nəticəsi 230 və 770 arasındadır (500 ± 270).

 

Çebışev qanunauyğunluğu: (1 – 1/k2) x 100% qədər verilənin ortalamadan k standart kənarlaşma ilə yayındığını göstərir (k > 1 hər zaman). Misal:

2

Kovariasiya: iki kəmiyyət dəyişəni (X & Y) arasındakı xətti əlaqənin gücünü ölçür.

3

Qeyd edək ki, kovariasiya səbəb-nəticə əlaqəsini yox, yalnız dəyişənlər arası əlaqənin gücünü ölçür. İki dəyişən arasındakı kovariasiya:

  • kov(X,Y) > 0 — X və Y eyni istiqamətdə hərəkət edir.
  • kov(X,Y) < 0 — X və Y əks istiqamətdə hərəkət edir.
  • kov(X,Y) = 0 — X vəY mütəqildirlər.

 

Korrelyasiya və korrelyasiya əmsalı 

Korrelyasiya ehtimal nəzəriyyəsində və statistikada iki təsadüfi dəyişən arasındakı xətti əlaqənin istiqamətini və gücünü göstərir. Ümumi statistik istifadədə korrelyasiya müstəqillikdən nə qədər uzaqlaşdığını göstərir.Dəyişənlər arasında xətti əlaqənin mövcudluğu səviyyəsini Kovariasiya vasitəsilə müəyyən etmək mümkün deyil. Bunun üçün Korrelyasiya əmsalından istifadə edilir. . İki x və y dəyişənləri arasındakı seçmə korrelyasiya əmsalı r (ümumi toplu üzrə ρ, seçmə üzrə isə r) ilə işarə edilir və aşağıdakı düsturla hesablanır:

4

Korrelyasiya əmsalının əsas xüsusiyyətləri:

  • aldığı qiymətlər çoxluğu -1 və +1 intervalına daxildir.
  • -1-ə yaxın olması güclü mənfi xətti əlaqənin olduğunu bildirir.
  • +1-ə yaxın olması güclü müsbət xətti əlaqənin olduğunu bildirir.
  • 0-a yaxın olması xətti əlaqənin çox zəif olduğunu bildirir.

5

6


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.