Əlaqəli yazılar

Abreviatura olduğunu bilmədiyimiz ingilis sözləri

1) Amerikan ingiliscəsində poçt kodunu ifadə edən “zip code” sözünün birinci hissəsi “Zone Improvement Plan” sözlərinin baş hərflərindən yaranıb, “zona təkmilləşdirmə planı” mənasını verir. 1963-cü ildə ortaya çıxan bu plan poçt çatdırılmasını sürətləndirmək üçün ABŞ-ın müəyyənləşdirilə bilən rəqəmli zonalara bölünməsini nəzərdə tuturdu. Buna görə də bu söz başqa ingilisdilli ölkələrdə istifadə olunmur.

2) “Laser” sözü “Light Amplification by Stimulated Emission of Radiation” sözlərinin baş hərflərindən yaranıb, “stimulyasiya edilmiş radiasiya emissiyası ilə işıq amplifikasiyası” mənasını verir.

3) “Radar” sözü “RAdio Detection And Ranging” sözlərinin baş hərflərindən yaranıb, “radioaşkarlama və məsafə təyin etmə” mənasını verir.

4) “GIF” sözü “Graphics Interchange Format” sözlərinin baş hərflərindən yaranıb, “qrafik mübadilə formatı” mənasını verir. Bu söz “cif” və ya “qif” kimi tələffüz oluna bilər.

Müəllif: Madam Helpful