Əlaqəli yazılar

İngilis dilində zaman bildirən abreviaturalar

1) a.m. /eɪˈem/ (latınca “ante meridiem” – günortadan əvvəl) – gecə saat 12-dən gündüz 12-ə qədərki müddəti ifadə edir.

🕘 Work starts at 9 a.m. – İş saat 9-da (səhər) başlayır

2) p.m. /piːˈem/ (latınca “post meridiem” – günortadan sonra) – gündüz saat 12-dən gecə 12-ə qədərki müddəti ifadə edir.

🕑 The meeting starts at 2 pm. – İclas saat 2-də (günorta) başlayır.

3) B.C. /ˌbiː ˈsiː/ (Before Christ – Məsihdən əvvəl) – bizim eradan əvvəl

• 300 BC – e.ə. 300-cü il

4) A.D. /ˌeɪ ˈdiː/ (latınca “Anno Domini” – Məsihin ilində) – bizim era

• the first century AD – bizim eranın I əsri

Amerikan ingiliscəsində bu abreviaturaların yazılışında nöqtədən istifadə olunsa da, Britaniya ingiliscəsində istifadə olunmur.

Hazırladı: Madam Helpful