Exceldə cüt və ya tək sətirlərin şərtli formatlanması - INNAB

Exceldə cüt və ya tək sətirlərin şərtli formatlanması

Exceldə çoxlu məlumatlarla işləyərkən məlumatların qarışdırılmaması üçün hər bir sətirdən bir şərtli formatlanmasına ehtiyac duyula bilər. Bunu biz bir neçə yolla edə bilərik.

1. Cədvəli seçib Home- Format As Table seçimini edib bir cədvəl üslubundan istifadə etməklə

praktika

2. Şərtli formatlamada xüsusi düsturdan istifadə etməklə ( =ODD(ROW())=ROW())

praktika2

Beləliklə, biz seçilən cədvəldə hər iki sətirdən bir formatlamış olduq. Əgər, diqqət etdinizsə bu sətirlərin nömrələri 3, 5, 7 və s. dir. Bu sətirlərin 2, 4, 6, 8 olmasını istəyirsinizsə =EVEN(ROW())=ROW() düsturundan istifadə etməliyik.

Seçilən xanalardan şərtli formatı ləğv etmək üçün Home- Conditional Formatting – Clear rules – Clear Rules from Selected Cells seçimini edin.

Bütün xanalardan şərtli formatı ləğv etmək üçün Home- Conditional Formatting – Clear rules – Clear Rules from Entire Cells seçimini edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir