Əlaqəli yazılar

Exceldə izahlı qısayollar (shortcuts) -2

Alt= kombinasiyası SUM funksiyasının qısayoludur.

Ctrl+D yuxarıdakı xananın məlumatlarını aşağıya, Ctrl+R isə soldakı xananın məlumatlarını sağa köçürür. Bir neçə xananı seçib məlumatı daxil etdikdən sonra Ctrl və Enter düymələrini sıxdıqda seçilmiş xanalar eyni məlumatla doldurulur. Bir neçə xananı nümunədəki kimi seçmək üçün Ctrl düyməsini sıxıb saxlamaq lazımdır.

Ctrl+Shift+4 xanaya valyuta formatı, Ctrl+Shift+5 isə faiz formatı tətbiq edir.

Xanadakı məlumatları başqa xanaya yerləşdirmək üçün xana seçilir, xana sərhəddindəki işarə oxşəkilli + formasını alanda məlumatları tutub başqa yerə yerləşdirə bilərik. Bu əməliyyat Ctrl+X (cut) kombinasiyasının alternatividir. Ctrl düyməsini sıxıb saxlasaq, xanadakı məlumatlar yerində qalmaqla başqa xanaya da köçürüləcək. Bu əməliyyat isə Ctrl+C (copy) kombinasiyasının alternatividir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar