Əlaqəli yazılar

Excel 2019 – CONCAT & TEXTJOIN formulas

CONCAT və TEXTJOIN funksiyaları OFFICE 365 və Excel 2019 istifadəçilərinə təqdim olunmuş yeni funksiyalardandır. CONCATENATE (Birləşdirmək) funksiyasının alternativi olan hər iki funksiya müəyyən xanalar toplusundakı mətn və simvolları birləşdirmək üçün istifadə edilir. CONCAT funksiyası sadəcə olaraq daxil olunmuş mətnləri birləşdirir. Bu funksiyanın CONCATENATE-dən fərqi odur ki, biz bura mətnləri tək-tək daxil etməklə yanaşı diapazon şəklindədə daxil edə bilərik. TEXTJOIN funksiyası birləşdirmə əməliyyatını həyata keçirən zaman funksiyaya mətnləri diapazon şəklində daxil etməyə, mətnlər arasında müəyyən ayırıcılardan (boşluq, vergül, qoşa nöqtə və s.) istifadə etməyə və boş xanaları nəzərə almamağa imkan verir.

 

https://www.youtube.com/watch?v=ZPl6YsI1a1o&t=s

 

Dərsin faylını yüklə: CONCAT &TEXTJOİN


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.