Əlaqəli yazılar

İlk dəfə layihə idarə edəcək şəxslər üçün: uğurun 7 sirri

 

Bu yeddi praktik üsulda təcrübəli layihə menecerlərinin səmərəli idarəetmə  yolunda ilk addımlarını atan şəxslərə,  layihə idarəetmənin sirləri və doğru şəkildə həyata keçirmək istiqamətində bir sıra əsas tövsiyələri öz əksini tapmışdır.

  • Effektiv komanda ünsiyyəti

Ətrafınızda olan insanların sosial-iqtisadi yönləri və onlara təsir edən faktorları anlamaq həyati önəm daşıyır. Komanda üzvləri və layihə ilə əlaqəli digər şəxslərlə ünsiyyətə açıq olun: menecerlər, sahibkarlar, sponsorlar və s. Mümkün olan riskləri, maneələri və problemləri əvvəlcədən və mümkün qədər şəffaf şəkildə müzakirə edib, bütün maraqlı tərəflərə lazımi məlumatları çatdırın.  Unutmayın ki, layihənizin uğuruna sizdən daha çox əhəmiyyət verən  başqa biri yoxdur.

  • Peşəkar inkişafı hədəfləyin

Layihələrin  idarəedilməsi yönündə sertifikatlar almağa, bu istiqamətdə onlayn kurslara qatılmağa çalışın. Bütün təcrübə sahələrini əhatə edən bir layihə meneceri olaraq hərtərəfli nəzəri və ya praktiki kurs keçin. Diqqət yetirin ki, proqram yaxşı qurulsun və layihə idarəetmə proseslərinin, vasitələrinin çoxunu əhatə etsin. Kurs eyni zamanda yeni başlayanlar üçün olmalıdır. Bu yolla müxtəlif vəzifələrin öhdəsindən daha yaxşı gələ bilərsiniz.

  • Hədəfə köklənin

Uğurunuz  hədəfə nə qədər sadiq qaldığımızdan və bu yolda nə qədər səmərəli şəkildə addımlmağınızdan  asılıdır. Planı  komanda üzvləri ilə bölüşmək hər hansı bir uyğunsuzluğu vaxtında müəyyən etməyə imkan verir. Bütün maraqlı tərəflərə açıq olun. Bu o demək deyil ki, hər zaman  ifadə olunan  fikirlər tərəfindən yönləndirilmələri rəhbər tutmalısınız . Ancaq qərar verərkən başqalarının istəklərini nəzərə almalısınız. Hər kəsi dinləyin və sonra hədəfə gedən yolu özünüz seçin.

  • Ətraflı olaraq  layihə sənədlərini qoruyub saxlayın

Tamamlanmış tapşırıqların vəziyyətini izləyin. Ətraflı layihə sənədlərini və detallarını qoruyun və bütün komanda üzvlərini ümumi işin gedişatı ilə bağlı daim xəbərdar edin. Layihə idarəçiliyinin sənədləşmə hissəsini savadlı şəkildə təşkil etmək bacarığınızla fəxr edin.

  • Özünüz və komandanız üçün doğru motivasiyanı tapın

Şəxsi ünsiyyət bacarıqlarına  sahib olmaq son dərəcə vacibdir. Layihənizin müvəffəqiyyəti və ya uğursuzluğu iştirak edən hər kəsdən asılıdır. Buna görə də, bilik və bacarıqlara əlavə olaraq, motivasiya və təsirli liderlik qabiliyyətinə ehtiyacınız var. Effektiv bir layihə meneceri təkcə lider deyil, həm də yaxşı siyasətçidir. Hər bir layihə iştirakçısı  əsas müştəri və ya maraqlı tərəfin motivasiyaedici faktoru ola bilər. Qərar verərkən bunları nəzərə alın.

  • Sadə saxla

Hər bir layihəni həyatınızın işinə çevirməyin. Bir çox liderlər, biliklərini nümayiş etdirmək və ya sadə şeyləri çox çətinləşdirməyə meylli olan bir layihə meneceri vəzifəsinin potensialından istifadə etmək üçün çox istəklidirlər. Sakit olun. Möcüzə gözləmədən, vaxt  itirmədən təklif olunan həllərin keyfiyyətini planlaşdırmağa, həyata keçirməyə və qiymətləndirməyə diqqət yetirin. Eyni zamanda, bütün işləri yalnız rəsmi prosedurlara uyğun etmək lazım deyil. Layihənin effektiv idarə edilməsi vacibdir, lakin heç bir halda layihənin irəliləməsinə mane olmamalıdır.

  • Səhvləri öyrənmə fürsəti olaraq düşünün

Nə qədər çox səhv etsəniz, bir o qədər tez düzəltməyi öyrənərsiniz. Səhv də bir  nəticədir. Erkən mərhələlərdə səhv etmək müəyyən dərəcədə azadlıq verib, mükafatlandırıcı bir təcrübə qazandırır. Bir çox layihələr səhvlərin vaxtında təhlil edilməməsi və düzəldilməməsi səbəbindən uğursuzluğa düçar olur.

  • Bonus!  Praktik təcrübədən daha faydalı bir şey yoxdur!

Təcrübə saxtalaşdırıla və ya təqlid edilə bilməz. Təcrübə illərlə davam edən zəhmətdən, səhvlərdən və praktiki mentorun tövsiyələrindən sonra gələn effektiv bir layihə menecerinin ən qiymətli qaynağıdır. Mümkün qədər erkən təcrübə əldə etməyə çalışın. Hər şeydən faydalanmağı hədəfləyin: kitablara, kurslara, nəzəriyyələrə və metodlara mütləq ehtiyac var. Ancaq real həyat daha dəyərli dərslər verir. Özünüzü bu tip  vəziyyətlərlə nə qədər tez -tez rastlaşsanız, bir o qədər çox güclənəcəksiniz. Praktiki layihə idarəçiliyini öyrənmək istəyirsinizsə, real təcrübəyə ehtiyacınız var.

Məqalənin əsli: Seven secrets to survive as a  first-time project manager

Tərcümə etdi: Gülçin Mahmudzadə

Əlaqəli yazılar