Əlaqəli yazılar

İşgüzar təqdimatda uğurun 4 açarı…!

Bir çox insanın gözü qarşısında o səhnəyə çıxan  zaman həyəcan və qorxu hissi səni  rahat buraxmır? Dinləyiciləri ölümcül darıxdırsan necə olacaq? Bəs birdən danışacaqlarını unutsan? və bu kimi bir çox sualı düşünməkdən özünü ala bilmirsən? Elə isə bu yazı sənin üçündür…

Bu düşüncələr bir çoxlarımız üçün narahatlıq doğurur, lakin həqiqətən istəyiriksə üstəsindən gələ bilməyəcəyimiz problem olmadığını və bunların qarşısını almağın  bir çox yolu olduğunu daim xatırlamalıyıq. İşgüzar təqdimat yeni biznes əlaqələri qurmaq, səlahiyyət qazanmaq və satışları artırmaq üçün əla bir fürsət ola bilər. Ona görə də, işgüzar həyatımızda çox mühüm əhəmiyyət kəsb edir. 

Mövzunuza hakim olun

İşgüzar təqdimata hazırlıq mərhələsinin ilk meyarı həvəsli olduğunuz bir şey haqqında danışmaq və bunu “qızıl barmaq qaydası”ilə həyata keçirməkdir. Mövzunuzu beş barmağınız kimi bilib, təqdimatdan öncə mənimsəmiş olsanız artıq bu yolda heçnə sizə mane ola bilməz.

Bunu ən effektiv yollardan biri təqdimatınızı güzgü qarşısında məşq etməkdir. Bu müddətdə, təqdimatınızı yüksək səslə söyləmək sizdə rahatlıq və özünə  inam hissi formalaşdıracaqdır.

Daha sonra  kamera qarşısında təqdimata başlaya bilərsiniz. Təqdimatınızı etdikdən sonra izləyib nəyi səhv etdiyinizi və nəyi yaxşı etdiyinizi görməyə, güclü və zəif tərəflərinizə uyğunlaşmağa kömək edəcəkdir.

Nəhayət, prossesin son addımı olaraq, təqdimatınızı dostlarınız və ya ailə üzvlərinizin qarşısında edin. Canlı insanlar qarşısında çıxış etmək sizi tamaşaçı hissinə alışdırıb, daha böyük bir izdihamla qarşılaşdığınız zaman sakit olmağınızı təmin edəcək.

Əgər təqdimatınızı məşq etməyə vaxtınız yoxdursa, işarə kartları hazırlayıb bilərsiniz. Müzakirə etməli olduğunuz əsas məqamlar üçün böyük və kiçik xatırlatmalar şəklində qeydlər bu işdə sizə çox yardımçı olacaqdır. Xüsusilə uzun bir təqdimatınız və müzakirə etməli olduğunuz mövzu genişdirsə xüsusi təqddimat örtüklərinin arxasında gizlədə bilərsiniz. Bu. peşəkar görünməyinizə müzakirə etməli olduğunuz məqamları xatırlatmağa kömək edəcək.

 Təqdimatınıza həyat nəfəsi üfürün

Əgər təqdimatınıza nəfəs verməsəniz yalnız kağız üzərindəki sözlər və ya PowerPoint təqdimatı olaraq qalacaqdır. Maraqlı etməsəniz, yalnız statistika, faktlar və punktlar toplusu olacaq. Günün sonunda təqdimatınızı maraqlı etmək həmişə çiyinlərinizə düşəcək.

Təqdimat zamanı danışıq və davranış tərziniz hər şeyi dəyişdirəcək.

Araşdırmalar göstərir ki, ünsiyyətimizin ən azı 93% -i sözsüz şəkildə baş tutur. Buraya səsimiz, üz ifadələrimiz və jestlərimizin təsiri daxildir.

Bu o deməkdir ki, tamaşaçılara və onların ehtiyaclarına həssaslıqla yanaşmaq və onlarla əlaqə qurmaq  sizi daha diqqətlə dinləmələrinə kömək edir.

Hekayə Sənəti

Məlumat və statistika cəlbedici təqdimatlar hazırlamaqda, insanların daha yaxşı görməsinə, daha yaxşı anlamasına və daha yaxşı cavab verməsi üçün təsirli vasitələr ola bilər. Ancaq məlumatlar və statistika vasitələr kontekst olmadan istifadə edildikdə, çaşdırıcı, yanıltıcı və darıxdırıcı ola bilər. Məlumatsız bir tamaşaçı üçün bunlar sadəcə təqdimatınızdakı rəqəmlər və qrafiklərdir.

Bu vasitələrlə insanları hərəkət etdirmək və ilhamlandırmaq üçün güc verən şey bunları hekayə vasitəsilə təqdim etməkdir. Bu rəqəmlərə forma, kontekst və məqsəd verir. İnsanlara bu rəqəmlərin dəyərini və onlara necə təsir edə biləcəklərini anlamağa kömək edir.

Stanford Universitetində aparılan bir araşdırmada, tələbələrdən bir dəqiqəlik nitq söyləmələri istənildi. Çıxış 3 statistikadan və 1 hekayədən ibarət olmalıdır. Araşdırma göstərdi ki, şagirdlərin yalnız 5% -i 1 statistikanı, 63% -i isə hekayəni xatırlayır.

Hekayələr darıxdırıcı məlumatlara və statistikaya həyat verir, təqdimatınızı maraqlı və əlaqəli edir. Hekayə sənətinə yiyələnmək, dinləyicilərinizlə daha səmərəli ünsiyyət yaradıb , əlaqə qurmağa kömək edəcəkdir.

Qarderobunuzla ünsiyyət qurun

Əksər hallarda geyindiyimiz tərz başqalarının bizi necə qəbul etməsinə təsir edir. Ancaq araşdırmalar göstərir ki, eyni zamanda düşüncə tərzimizi də dəyişməyə kömək edir.

Bu səbəbdən təqdimatınıza uyğun olaraq geyinməyi bacarmalısınız. Dinləyiciləriniz və təmsil etdiyiniz qurum rəsmidirsə, daha ciddi bir üslubda geyinməyə çalışın. Mövzunuza qarşı etibar və önəm qatmağa kömək edəcək. Lakin daha səmimi və qeyri formal bir təqdimatdırsa, çox rəsmi geyinmək sizi təkəbbürlü və soyuqqanlı görünməyinizə səbəb ola bilər. Buna görə də geyiminizlə bağlı qərar vermək üçün iştirakçıları, məkanı və hadisəni nəzərə aldığınızdan əmin olun.

Açar Paket

Məqalədə müzakirə etdiyimiz məqamları dərhal mənimsəməməyiniz  başa düşülən haldır.Uğurlu şəkildə işgüzar  təqdimat  hazırlamaq üçün bir neçə dəfə cəhd etmək  lazımdır. Bəzilərinizin təcrübəyə, bəzilərinizin isə daha çox hazırlığa ehtiyacı ola bilər.

Nəticə etibarı ilə uğurlu təqdimat üçün lazım olan 4 əsas açar:

  • Mövzunuza hakim olun
  • Təqdimatınıza həyat nəfəsi üfürün
  • Hekayə sənəti
  • Qarderobunuzla ünsiyyət qurun

QEYD: Təqdimatınızda sizə kömək edəcək bir məqalə oxumaq bu yolda əla bir ilk addımdır. Bu işinizi ən yaxşı şəkildə təqdim etməyə qərarlı olduğunuzu göstərir. Təqdimatınızda uğurlar!

Məqalənin əsli: 4 Key things to nail your business presentation

Tərcümə etdi: Gülçin Mahmudzadə

Əlaqəli yazılar